Sadıq Bağırov (1940—2015) — azərbaycanlı əməkdar rəssam.

Həyatı Sadıq Bağırov 1940-сı ildə Bakı şəhərində anadan olub, 1978-ci ildən Kaluqada yaşayır. Rusiya Rəssamlar İttifaqının üzvü olan Sadıq Bağırov şəhər, vilayət və respublika sərgilərinin iştirakçısı idi. Yaratdığı onlarla rəsm əsəri hazırda Azərbaycan, Rusiya, Ukrayna, ABŞ, Fransa, İtaliya, Almaniya, Yuqoslaviya, Polşa və Braziliyada şəxsi kolleksiyalarda saxlanılır. O, Rusiya prezidenti Vladimir Putinin mədəniyyət məsələləri ilə bağlı Kaluqa vilayəti üzrə müşaviri olmuşdur.

20 may 2015-ci ildə vəfat etmişdir. Kaluqanın Litvinski məzarlığında torpağa tapşırılıb.

İstinadlar

Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:XX əsr rəssamları Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:Rusiya rəssamları