thumb|right|Ölülər Günü üçün hazırlanmış Katrinanın 2 fiquru Ölülər Günü () — Latın Amerikasında – əsasən də Meksika, QvatemalaPayız fəslinin ən yaxşı festivalları — Xəbəriniz Olsun . gsr.fm, 02.10.2014, Honduras və Salvadorda qeyd olunan, məqsədi ölüləri anmaq olan bayram. Adətə görə bu bayramın keçirildiyi günlərində ölü kostyumlarında rəngarəng karnaval təşkil olunur. Müasir dövrdə hər il noyabrın 1 və 2-də qeyd olunur.Dünyasını dəyişmiş insanları hörmət və sevgi ilə anmaq üçün keçirilən festivaldır. Qəbiristanlıqlar bəzədilir, maskalar taxılır.

Bu bayramın tarixi ispanlara qədərki tarixi əhatə edir.Ölülər günü qeyd olundu — FOTOLAR . publika.az, 03.11.2014 Belə ki, onun başlanğıcının asteklərə aid olduğu məlumdur. Qədim asteklərin dövründə bayramda baş fiqur "Miktlantekuli" adlı "Cənab Ölü" hesab olunurdu. Həmin dövrlərdə adətən iyul-avqust aylarında keçirilərdi.

Ölülər Günü, Hellovindən fərqli olaraq qorxutma məqsədli deyil. Burada olan skeletlər ölənlərə işarədir. İnanclara görə gerçək ölüm unudulduğunda olur, festivalın məqsədi də məhz ölənlərin unudulmamasını təmin etməkdir. Bu məqsəd istiqamətində vəfat etmiş insanları xatırlamaq üçün şəkərdən kəllə və bəzək-düzəklər, ölənlərin sevdiyi qoxuların, süsləmələrin olduğu qurbangahlar hazırlanır. Bu ənənə 2008-ci ildə YUNESKO tərəfindən Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir.

Meksikada Meksikada Ölülər Günü həm ənənəyə, həm də şənliyə çevrilib. Ənənəvi olaraq Ölülər Günü hər ilin oktyabr ayının son günü və noyabr ayının ilk 2 günündə qeyd edilir. Qədim dövrlərdə adətən iyul-avqust aylarında keçirilsə də, Meksikanın işğalından sonra ispan keşişləri bayramın noyabr ayına keçirilməsinə qərar verib. Adətə görə, noyabrın 1-i meksikalılar ölən uşaqları, noyabrın 2-si isə ölən böyükləri və yaşlıları yad edirlər. Bayramın adına baxmayaraq, burada həmin günlərdə heç bir bədnam hadisə baş vermir. Ölkə sakinləri ölü kimi geyinərək bəzənir; minlərlə insan özünü ölüyə bənzədərək, nağıllarda olan ölü qəhrəmanların kostyumlarını geyərək şəhərin küçələrinə çıxırlar.Meksikada "ölülər" paradı keçirilib. anspress.com, 27.11.2011 Hətta yaxınlarını yad etmək üçün qəbirstanlığa gedən meksikalılar bu mərasimi yasdan şənliyə çevirirlər. Hesab edilir ki, həmin günlərdə hər kəs ölüsünə mümkün qədər çox sevinc bəxş etməlidir, elə buna görə də qəbirlərə məxmər gülünün ləçəkləri qoyulur.

Qurbangahlar

Həmçinin bax Hellovin Valpurgiya gecəsi Koko (cizgi film, 2017)

İstinadlar

Xarici keçidlər

Días de los Muertos Palomar College Site azcentral.com's Dia de los Muertos information site Photo Essay of Day of the Dead in Mexico Day of the Dead in Oaxaca, Mexico Day of the Dead in Mexico Day of the Dead in and around Mexico city Day of the Dead: Unique Memorials Illustrated History of Day of the Dead & the Sugar Skull Tradition Multimedia documentary by Enrico Martino Ölülər Günü

Kateqoriya:Dini bayramlar Kateqoriya:Latın Amerikası mədəniyyəti Kateqoriya:1 noyabrdakı bayramlar Kateqoriya:2 noyabrdakı bayramlar Kateqoriya:Meksika mədəniyyəti Kateqoriya:Festivallar Kateqoriya:Dini mədəniyyət Kateqoriya:Hellouin Kateqoriya:Oktyabrdakı bayramlar Kateqoriya:Qeyri-maddi mədəni irs Kateqoriya:Xalq xristianlığı