Rumıniya Milli Həmkarlar İttifaqları Bloku ( və ya qısaca BNS) — Rumıniyanın ən iri və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Təşkilatın baş qərargahı Buxarest şəhərində yerləşir.

Tarixi Blok 1991-ci ildə yaradılmışdır.Despre noi , bns.ro, accesat la 19 septembrie 2009

Fəaliyyəti Təşkilatın əsas fəaliyyət istiqamətləri piket və mitinqlərin təşkili üzrə müxtəlif tədbirlərin, müəssisələrdə həmrəylik aksiyalarının, qurultayların, seminarların və kampaniyaların mütəmadi olaraq keçirilməsi, üzv təşkilatların və onların fəaliyyətinin əlaqələndirilməsidir.Arzu ŞAHBAZİ. Rumıniya Milli Azad Həmkarlar İttifaqları Konfederasiyası - CNSLR . "Ülfət" qəzeti, 31.08.2012.

Tərkibi Bloku dövlət və eləcə də özəl sektorda fəaliyyət göstərən müəssisələrdə çalışan işçiləri birləşdirir və 350.000 üzvü var.Romania Trade Unions , worker-participation.eu, accesat la 19 septembrie 2009

Rəhbərləri Təşkilata Dumitru Kostin rəhbərlik edir.Sistemul de sanatate, aproape de colaps? , 4 Martie 2010, wall-stret.ro, accesat la 28 august 2010

Beynəlxalq əməkdaşlıq Təşkilat Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası və Avropa Həmkarlar İttifaqları Konfederasiyası ilə sıx əməkdaşlıq edir.

Həmçinin bax Rumıniya Milli Həmkarlar İttifaqları Konfederasiyası Rumıniya Milli Azad Həmkarlar İttifaqları Konfederasiyası

Mənbə

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Rumıniya həmkarlar ittifaqları Kateqoriya:1991-ci ildə yarananlar