Zahid Xəlilov küçəsi — Bakı şəhərinin Yasamal rayonunda Əhməd Cəmil küçəsinə, Hüseyn Cavid və Mətbuat prospektlərinə paralel küçə. Küçə Azərbaycan SSR dövlət xadimi, görkəmli riyaziyyatçı-alim, akademik, 1962–1967-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Prezidenti olmuş Zahid Xəlilovun adını daşıyır. Keçmiş adı Patris Lumumba küçəsi olmuşdur.

Haqqında Küçə 2014-cü ildə əsaslı təmir olunmuşdur. 2013-cü ildən Bəxtiyar Vahabzadə küçəsi ilə kəsişmədən bağlı olan küçə 2015-ci ilin may ayında açılmışdır.

Yeraltı keçidlər Elmlər Akademiyası metrostansiyasının ikinci çıxışının inşası Bakı Dövlət Universitetinin yanından sərnişinlərin metroya yolunu asanlaşdıracaq. Bu keçid həmçinin Zahid Xəlilov küçəsində piyadaların bir tərəfdən o biri tərəfə keçidini də təmin edəcəkdir.

Kəsişdiyi küçələr Küçə Seyfəddin Dağlı küçəsi ilə kəsişmədən başlayaraq Əbdülvahab Salamzadə küçəsində bitir.

Ayna Sultanova küçəsi Məmməd Rahim küçəsi Bəxtiyar Vahabzadə küçəsi Şəhriyar küçəsi Əbdürrəhim bəy Haqverdiyev küçəsi Həsən Məcidov küçəsi Akim Abbasov küçəsi

Mühüm ünvanlar № ? — Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası № 23 — Bakı Dövlət Universiteti № ? — AMEA İnformasiya Texnologiyaları İnstitutu № ? — Meqasiti yaşayış kompleksi № 57d — adc CENTRE № 65 — Bakı şəhəri 53 nömrəli tam orta məktəb № 79a — Kürə-Pizza restoranı № ? — Shafa studio № ? — AZ1141 saylı poçt şöbəsi № ? — Lake Palece Hotel

Ədəbiyyat

İstinadlar

Xarici keçidlər

Zahid Xəlilov Küçəsi, Bakü, Azerbaycan

Kateqoriya:Bakı küçələri