İsmail Alper Coşkun () — türk diplomatı və siyasətçi, Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri (16 sentyabr 2012 — 7 oktyabr 2016), İlham Əliyev Türkiyənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir . president.az, 24.09.2012 Türkiyənin BMT-da nümayəndəsi.

Həyatı Alper Coşkun 1966-cı ildə Ankarada anadan olub. Boğaziçi Universitetində bakalavr dərəcəsini alıb sonra ABŞ-da təhsilini davam etdirib və St John's Universitetində Dövlət İdarəçiliyi və Siyasət üzrə magistr təhsili alıb. Ailəlidir, iki övladı var.

Karyerası Alper Coşkun 1988-ci ildə Türkiyə Xarici İşlər Nazirliyində işə başlayıb. O, Rusiya səfirliyində ikinci və üçüncü katib, Türkiyənin Afina səfirliyində ikinci və baş katib vəzifələrində çalışıb.Amb. Alper Coşkun

2001-ci ildə Türkiyənin BMT-dəki nümayəndəsi təyin edilib.

2005-ci ildə Türkiyənin NATO-dakı nümayəndəliyində daimi nümayəndənin müavini olubSenior Fellow, Europe Program

2010-cu ildə Alper Coşkun NATO nümayəndəliyində şöbə müdürü, daha sonra Təhlükəsizlik və Kəşfiyyat Baş İdarəsi direktorunun müavini vəzifəsinə təyin edilib. Həmçinin o vaxt Romadakı NATO Müdafiə Kollecində dərs deyirdi.

2012-ci ildə Türkiyənin Azərbaycandakı səfiri təyin olunub. Burada o, Türkiyənin ən fəal və ən böyük diplomatik nümayəndəliklərindən birinə rəhbərlik edib. Öz növbəsində səfir A. Coşkun Azərbaycana təyin olunmasından qürur duyduğunu bildirib və ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi üçün əlindən gələni edəcəyinə söz vermişdir. 2016-cı ilə qədər bu vəzifədə işləyib.Turkey appoints new ambassador to Azerbaijan

2016 - 2019-cu illərdə Xarici İşlər Nazirliyinin mərkəzi ofisində NATO, Transatlantik əlaqələr və Avro-Atlantik təhlükəsizlik/müdafiə işləri və Beynəlxalq Təhlükəsizlik Məsələləri üzrə rəhbər olub.

2021-ci ilin iyulunda, 32 il Türkiyə Xarici İşlər Nazirliyində çalışmış Alper Coşkun təqaüdə çıxdı. O, 2021-ci ilin oktyabr ayından Vaşinqtonda yerləşən Karnegi Fondunun (CEIP) Avropa Proqramında Türkiyə və Dünya Layihəsinə rəhbərlik edir. Alper Coşqunun Türkiyə ilə bağlı araşdırmaları Türkiyənin xarici siyasətinə, xüsusən də ABŞ və Avropa ilə münasibətlərinə yönəlib.

Həmçinin bax Türkiyənin Azərbaycandakı səfirlərinin siyahısı

İstinadlar

Xarici keçidlər Facebook

Kateqoriya:Türkiyənin Azərbaycandakı səfirləri Kateqoriya:Türkiyə diplomatları Kateqoriya:Türkiyə səfirləri