thumbnail Irmandades da Fala ()— 1916–1936-cı illərdə fəaliyyətdə olan Qalisiya milliyətçi təşkilatı. Bu təşkilat Qalisiyanın ilk siyasi təşkilatı idi və ancaq Qalisiya dilindən istifadə edirdi.Beramendi, X. G. and Núñez Seixas, X. M. (1996): O nacionalismo galego. A Nosa Terra, VigoBeramendi, X. G. (2007): De provincia a nación. Historia do galeguismo político. Xerais, Vigo

Tarixi Madriddə yaşayan qalisiyalı yazıçı Aurelio Ribalta 1915-ci ildə Qalisiya dilinin yox olmasının qarşısını almaq üçün xalqına müraciət etmişdi. 5 yanvar 1916-cı ildə Anton Vilar Ponte "La Voz de Galicia" qəzetində Qalisiya Dilinin Dostları Liqasının qurulması üçün kampaniya başlatmışdır. O, 1916-cı ilin martında "Qalisiya Millətçiliyi: Bizim Regional Təsdiqimiz" adlı məqalə nəşr etmiş və məqalədə Qalisiya dilinin istifadəsini və qorunmasını dəstəkləmişdir.

Bu təklif müxtəlif ideologiyalardan və liderlər tərəfindən də dəstəklənmişdir. Bunlardan əhəmiyyətliləri Karlizm, Anton Losada Diuqez və liberal demokratlardır.

Siyasi proqramı 1918-ci ilin noyabrında Luqo şəhərində siyasi proqram tərtib olunmuşdur: Əsas hədəflər Qalisiyanın muxtariyyət qazanması. Bələdiyyə muxtariyyəti. Qalisiyanın Millətlər Liqasına daxil olması. Portuqaliya ilə federal birləşmə. Qalisiya üçün hədəflər Qanunverici parlament təşkil etmək. Məhkəmə orqanını təşkil etmək. Qalisiya və ispan dillərinin rəsmi dillər olması. Qadın və kişi bərabərliyi.

İstinadlar

Xarici keçidlər Irmandades da Fala haqqında kitab

Kateqoriya:Qalisiya Kateqoriya:1916-cı ildəki hadisələr