Vah () — Slovakiyanın ən uzun çayı, Dunayın sol qolu.

Adlanması Çayın adı latın dilindən olan vagus (gəzib dolanan) sözündən yaranıb, belə ki, çay öz məcrasını tez-tez dəyişirmiş.

Coğrafiyası Vah çayı Kralyova Leqota çayı yaxınlığında, mənsəbini Vısokiye Tatrı və Nizkiye Tarı dağlarından götürən Çernı Vah və Belı Vah çaylarının birləşməsi nəticəsində yaranır.

Vah çayının uzunluğu — 433 km, çay səthinin sahəsi — 19 600 km²-dir. İllik su sərfi 152 m³/saniyədir.

İqtisadiyyatı Vah çayı üzərində Vajsk silsiləsi yaradan 20 su-elektrik stansiyası vardır. Çayın suyu suvarma və su təchizatı üçün istifadə edilir. Çay mənbəyindən Sered şəhərinə qədər gəmiçilik üçün istifadə edilir.

İstinadlar

Kateqoriya:Slovakiya çayları Kateqoriya:Dunayın qolları