thumbnail|"İnteralpen" oteli 2015 Bilderberq konfransı () — Bilderberq klubun 2015-ci ildə təşkil olunan toplantısı.

Toplantı məkanı Toplantı 2015-ci il 11-14 iyun tarixləri arasında Avstriyanın Tirol əyalətinin Telfs-Buhen qəsəbəsindəki "İnteralpen" otelində keçirilir. Bu toplantıya 22 ölkədən 140-a yaxın şəxs dəvət alıb.Bilderberq klubu: dünya hakimiyyətinin sirləri . sputnik.az, 12.06.2015 Eyni məkanda Bilderberq klubun 1988-ci ildə təşkil olunan toplantısı da keçirilmişdir.Großaufgebot für Konferenz und G7-Gipfel. ORF, 16.01.2015

Konfransın gündəliyi Konfransda müzakirə olunan əsas mövzuların siyahısı toplantıdan əvvəl klubun saytında dərc olunub. Konfransın gündəliyinə bu mövzular daxildir: Süni İntellekt; Kibertəhlükəsizlik; Kimyəvi silahlarla bağlı təhlükələr; Cari iqtisadi məsələlər; Avropa strategiyası; Qloballaşma; Yunanıstan; İran; Yaxın Şərq; NATO; Rusiya; Terrorizm; Birləşmiş Krallıq; ABŞ; ABŞ-dəki seçkilər.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Bilderberq klubu Kateqoriya:2015-ci ildəki hadisələr Kateqoriya:2015-ci ildə Avstriya