Qasımov Ramil Adıgözəl oğlu () – "Mədəniyyət" kanalının baş direktoru (2015–2020), Azərbaycan opera müğənnisi, Heydər Əliyev Sarayının direktoru (2020–2022), Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru (2023-h.h). Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində musiqi kollektivlərinin bədii rəhbəri və Səsyazma Evinin keçmiş direktoru, Akademik opera və Balet teatrının solisti, Azərbaycan Respublikasının əməkdar artisti (2015).

Həyatı Ramil Adıgözəl oğlu Qasımov 10 dekabr 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. Ramil Qasımov peşəkar səhnə fəaliyyətinə 1999-cu ildə Azərbaycan Dövlət Akademik Musiqili teatrında teatrın aparıcı solisti kimi başlamışdır. 2011-ci ilə qədər onlarla tamaşada baş rollarda çıxış etmişdir. Paralel olaraq, 2004-cü ildən Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Cahangir Cahangirov adına xorun solisti kimi fəaliyyətə başlamışdır. Ramil Qasımov ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini opera və kamera ifaçısı, musiqişünaslıq ixtisası üzrə bitirdikdən sonra Gürcüstan Respublikasında Musiqi Akademiyasını vokal ixtisası üzrə magistr pilləsində təhsilini davam etdirmişdir. Eyni zamanda, ikinci təhsil olaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya fakültəsinin Siyasi idarəetmə ixtisasını bitirmişdir.

Ramil Qasımov ilk opera tamaşasında iştirakı, 2010-cu ildə Firəngiz Əlizadə və Nərgiz Paşayevanın "İntizar" operası ilə olmuşdur. O, 2011-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulmuş Üzeyir Hacıbəyovun "Koroğlu" əsərində baş qəhrəman olan "Koroğlu" rolu ilə debüt etmişdir. Ramil Qasımov dünyanın bir çox ölkələrində keçirilən beynəlxalq musiqi festivallarında, müsabiqələrdə Azərbaycanı təmsil etmiş və beynəlxalq müsabiqələr laureatı olmuşdur. İfaçının repertuarında xalq mahnıları, romanslar, bəstəkar mahnıları ilə yanaşı Azərbaycan, italyan, ispan, fransız, ingilis, türk və rus klassiklərinin əsərləri yer alır. Ramil Qasımov eyni zamanda dirijor olaraq də fəaliyyət göstərmişdir. O, dirijor kimi 2017-ci ildə keçirilən Üzeyir Hacıbəyli Beynalxalq musiqi festivalında dünya və Azərbaycan klassik nümunələrini orkestrin müşayiəti ilə dirijorluq etmişdir.Əməkdar artist ilk dəfə dirijorluq etdi Əməkdar artist ilk dəfə dirijorluq edib

Ramil Qasımov 2011-ci ildə Azərbaycan Televiziyasının Musiqi kollektivlərinin bədii rəhbəri, 2012-ci ildə Səsyazma Evinin direktoru vəzifəsində çalışmışdır. 4 noyabr 2015-ci il tarixində isə Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının direktoru vəzifəsinə təyin edilmişdir. "Mədəniyyət" kanalında fəaliyyətə başladığı müddətdən ölkədə bir çox irimiqyaslı layihə, festival və telemüsabiqələri təşkil etmiş, "Əbədi Musiqi", "Ötən illərin nəğmələri", "Bakı gecələri", "Mən də əsgərəm", "Bura vətəndir", "Romans axşamı", "Bizi birləşdirən mədəniyyət" kimi verilişlərin ideya müəllifi olmuşdur. Onun təşəbbüsü və rəhbərliyi Azərbaycan bəstəkarlarının "Romans müsabiqəsi", "Xalq mahnıları" festivalı, Beynəlxalq "Orqan musiqisi" festivalı, "Azərbaycan vokalçıları", "Milli nəfəs alətləri" festivalları həyata keçirilmişdir. Ramil Qasımov eyni zamanda Mədəniyyət kanalının təşkilatçılığı ilə keçirilən müxtəlif yaradıcılıq gecələri, tele-musiqili tamaşaları, "Məhsəti" operası, Milli qəhrəman Mübariz İbrahimova həsr olunan "Mübariz" musiqili tamaşasının təşəbbüskarı və ideya müəllifidir. O, Azərbaycanın milli mədəniyyətinin, xalq sənətinin, klassik irsinin inkişafı üçün bir sıra layihələrə imza atmışdır.

Ramil Qasımov 18 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini, mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Heydər Əliyev Sarayının direktoru vəzifəsinə təyin olunmuşdur.Ramil Qasımov Heydər Əliyev Sarayının direktoru təyin olunub O, 2022-ci ilədək bu vəzifədə çalışmışdır.

23 noyabr 2023 cü ildə Azərbaycan Respublikası Mədəniyyət naziri Adil Kərimlinin əmri ilə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru təyin edilib.

Heydər Əliyev Sarayında çalışdığı dövrdə “Bu günün rəssamı: bizi də tanıyın” kimi layihənin ideya müəllifi olmuşdur.

Həmçinin bu dövrdə Nizami Gəncəvinin 650 illik yubileyi ilə əlaqədar olaraq Əfrasiyab Bədəlbəylinin “Nizami” operasını bərpa etdirmiş, layihənin ideya müəllifi və təşəbbüskarı olmuşdur.

Ramil Qasımovun müəllifi olduğu “Arzu medalyonu” uşaqlar üçün fantastik musiqili nağıl olaraq böyük rəğbətlə qarşılanmışdır.

2023-cü ildən etibarən, Mədəniyyət telekanalında yayımlanacaq “Davamçı” layihəsi də Ramil Qasımovun adı ilə bağlıdır. Layihədə gənc istedadların ustadlarının və özlərinin tanıdılması nəzərdə tutulub.

Ramil Qasımovun yaradıcılığının bir qolu isə onun ilk dəfə olaraq çayla rəsm əsərləri çəkməsi təşkil edir. Müəllifin çayla çəkilmiş xeyli sayda portret əsərləri var.

Ramil Qasımov 14 sentyabr 2015-ci ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülmüşdür.Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

6 may 2016-cı ildə və 1 may 2017-ci il tarixlərində Prezident mükafatına layiq görülmüşdür.

Diskoqrafiya

Operalar Üzeyir Hacıbəyovun "Koroğlu" operasında — Koroğlu Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettasında — Əsgər Ramiz Mustafayevin "Vaqif" operasında — Vaqif Fikrət Əmirovun "Sevil" operasında — Balaş Firəngiz Əlizadənin "İntizar" operasında — ''Arif

Mahnılar

Albomlar Operalar Vol.1 (2020)

Filmoqrafiya Qızlar (film, 2007)

Mükafatlar 1995 — Bakı şəhəri məktəblərarası keçirilən gənc istedadlar müsabiqəsi — 1-ci yer 1998 — Respublika məktəblərarası keçirilən gənc istedadlar müsabiqəsi — 1-ci yer 1999 — "Pöhrə" Respublika müsabiqəsi – laureat 1999 — Moskva şəhərində keçirilən "86 Ümumrespublika" gənc vokalçılar arasında −2-ci yer 2000 — ilin Vətənpərvər ifaçısı 2002 — Silahlı qüvvələr günü — Fəxri Fərman 2009 — AMEA Milli Azərbaycan Tarixi Muzeyi – Diplom 02.02.2009 — il-Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi — İlin ən fəal gənci – Diplom 02.02.2009 — Səbail Rayon Gənclər və İdman İdarəsi — Fəxri Fərman 26.06.2009 — Silahlı Qüvvələrin yaradılmasının 91-ci ildönümü – Fəxri Fərman 24.07.2009 — Səbail Rayon Gənclər və İdman İdarəsi – Diplom 25.10.2009 — Şəxsi Heyət Baş İdarəsi -Tərbiyə İşləri İdarəsi — Fəxri Fərman 2009 — Azərbaycan Dövlət Musiqili Komediya Teatrı — Fəxri Fərman 12.11.2009 — Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi — Fəxri Fərman 17.11.2009 — Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi — Fəxri Fərman 10.12.2009 — Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi. İlin ən işgüzar gənci — Fəxri Fərman 31.12.2009 — FHN Mülki Müdafiə Qoşunları — Fəxri Fərman 02.02.2010 – Hərbi Dəniz Qüvvələri Komandanlığı- Fəxri Fərman 12.04.2011 — Azərbaycan Mədəniyyət Assosasiyası -Fəxri Fərman 17.06.2011 — Rusiyanin Bakıdakı İnformasiya-mədəniyyət mərkəzi — Minnətdarlıq məktubu 18.10.2011 — Dövlət müstəqilliyinin bərpasının 20 illik yubileyi Zərdab rayonu İcra hakimiyyətinin Fəxri Fərmanı 28.01.2014 — "Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinim 25 illik xatirəsinə" medal 14.09.2015 — Azərbaycan Respublikasının "Əməkdar artisti" adına layiq görülüb 15.02.2016 — "Fədai" medalıRamil Qasımov "Fədai" medalı ilə təltif olundu 04.03.2016 — "Veteran həmrəyliyi" medalıVokalçımız "Veteran həmrəyliyi" medalı ilə təltif edilib FOTOLAR 03.12.2020 — Macarıstanın "Qızıl Ləyaqət Xaçı" mükafatıMədəniyyət TV-nin fəaliyyətinə yüksək qiymət: "Qızıl Ləyaqət Xaçı"

İstinadlar

Kateqoriya:Mədəniyyət TV-nin baş direktorları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin mükafatı laureatları