Kathiyavar () — Hindistanın Qucarat ştatı ərazisində yerləşir.
Yarımada Hindustan yarımadasının şimal-qərbində Ərəbistan dənizinə daxil olan Kaç körfəzi ilə Kambey körfəzləri arasında yerləşir. Yarımada Hindistan tavası üzərində yerləşir. Yarımadanın cənubunda Diu adası yerləşir.
Yarımadanın sahəsi 40 min km² təşkil edir. Yarımada əsasən Savanna bitkiləri ilə örtülüdür. Mərkəzi hissə isə dağlıqdır (1117 m). İllik yağıntının miqdarı 500 mm təşkil edir və əsasən iyun-sentyabr ayları düşür.
Yarımadanın cənubunda Sasan-Hir milli parkı vardır ki, orada dünyada Asiya şirinin vəhşi təbiətdə yaşadığı yeganə ərazidir. Kaç körfəzinin sahillərində Dəniz milli parkı vardır. Yarımadanın Bhavnaqar rayonu ərazisində Kambey körfəzi sahillərində Velavadar milli parkı salınmışdır. Yarımadanın şimalında Kaç Rann duzlağı yerləşir.
İstinadlar
Mənbə Kathiyavarın vəhşi təbiəti
Kateqoriya:Asiya yarımadaları Kateqoriya:Hindistan yarımadaları Kateqoriya:Ərəbistan dənizi