Miçiqan gölü () — ABŞ ərazisidə yerləşən Böyük göllər qrupuna daxil olan tək göldür. Yuxarı göldən cənubda yerləşir. Huron gölü və Makinak boğazı ilə birləşir. Huron və Miçiqan gölləri eyni hidroloji sistemə malik olsalar da, ayrı göllər hesab edilir.
Coğrafiyası Miçiqan gölünün sahəsi — 57 750 km² (Böyük göllər qrupuna daxil göllərin sahəsinin ⅓ təşkil edir), uzunluğu 500 km, eni 190 km təşkil edir. Dəniz səviyəsindən hündürlüyü 177 m, ən dərin yeri 281 metrdir. İlin dörd ayı buzla örtülü olur. Adaları Biver, Şimali Manitu və Cənubi Manitudur.
Gölün birbaşa Miçiqan, İndiana, İllinoys və Viskonsin ştatlarına çıxışı vardır. Sahillərində Çikaqo, Evanston və Hayland-Park (İllinoys), Qrin-Bey (Viskonsin), Qeri və Hemmond (İndiana) yerləşir.
Etimologiyası və tarixi Miçiqan gölü adını Miçiqan ştatından deyil, tam tərsi ştat adını bu göldən alır. Göl öz adını mishigami sözündən götürmüşdür, Ociba dilində «böyük su» mənasını verir. Gölü ilk görən avropalı 1634-cü ildə fransız Jan Nikole olmuşdur.
Mənbə EPA's Great Lakes Atlas Great Lakes Coast Watch Michigan DNR map of Lake Michigan Official Michigan DNR Freshwater Fishing Regulations Bathymetry of Lake Michigan Bibliography on Michigan lighthouses Interactive map of lighthouses in area (northern Lake Michigan) Interactive map of lighthouses in area (southern Lake Michigan) Terry Pepper on lighthouses of the western Great Lakes Wagner, John L., Beacons Shining in the Night
Kateqoriya:Miçiqan gölləri Kateqoriya:Böyük göllər Kateqoriya:İllinoys sərhədləri Kateqoriya:Viskonsin sərhədləri Kateqoriya:Viskonsin gölləri