Rixard Vilhelm Vaqner (; ) — Alman bəstəkarı, dirijor, teatr xadimi, publisist, musiqi nəzəriyyəçisi, esseisti. 1827-ci ilə qədər ögey atasının soyadı olan Heyer soyadını daşıyıb. İlk məktəb illərində musiqiyə həvəsi olmayıb və dram əsərlər yazıb. 1828-ci ildə, Leypsiqdəki "Nicolai Schule"yə daxil olur və müəllim heyəti ilə yola getməyib.
Həyatı
Uşaqlıq həyatı Rixard Vilhelm Vaqnerin öz dediklərinə görə o, 1813-cü il mayın 22-sində, Leypsiqdə, Brüldə, "Qırmızı və Ağ şir" adlanan binanın ikinci mərtəbəsində dünyaya gəlib.On the Brühl as a centre of the Jewish quarter, see e.g. the Leipzig page of the Museum of the Jewish People website İki gün sonra Müqəddəs Foma kilsəsində xaç suyuna salınıb. Atası Fridrix Vaqner elə həmin ilin oktyabrında, Napoleonun məşhur Leypsiq döyüşündən sonra tifdən dünyasını dəyişib. Vaqnerin anası İohanna Rozina (qızlıq soyadı Pets) ikinci dəfə ailə dostu, aktyor Lüdviq Heyerə ərə gedibNewman (1976) I, 6 ki, Heyer də qayğı və sevgisi ilə Vaqnerə demək olar atasını əvəz edib.
Ailə 1815-ci ildə Drezdenə köçür. Balaca Rixardı atalığı öz soyadı ilə məktəbə yazdırır və Vaqner məhz burada ilk dərslərini almağa başlayır. Atalığı Lüdviq Heyer Leypsiqdə vəfat edir və yalnız bu hadisədən bir neçə il sonra, 1827-ci ildə "köhnə vətəndə" Rixard yenidən Vaqner soyadını qəbul edir. Münasibətləri uzunmüddətli olmasa da Vaqnerin atalığının, onun şəxsiyyətinin formalaşmasında böyük təsiri olur.
Vaqner, Drezdendə Müqəddəs Xaç məktəbinə gedir və burada yunan mifologiyası, şeir dolu dastan və nağıllarla, tarix fənni ilə dərindən maraqlanır. Bu Vaqnerin gələcək fəlsəfi-estetik görüşləri üçün geniş şərait yaradır. Uşaqlıq çağlarından teatrla ciddi maraqlanır. Teatrla bərabər musiqi də Vaqneri cəlb edir. On iki yaşındaykən ailəsinin dəvət elədiyi Human adlı musiqi müəllimi Rixarda "ilk həqiqi, amma cansıxıcı fortepiano dərsləri" verməyə başlayır. Bütün bu dərslərin hədəfi o dövrdə Vaqneri hər şeydən daha çox məftun edən Karl Mariya Veberin uvertüraları idi. Böyük qüsurlarla da olsa "Freyşüts" uvertürasını ifa etməyi öyrənir və əsas məqsədinə çatdığını düşünərək bundan sonra dərs almaq istəyindən müəyyən qədər imtina edir.
Müqəddəs Xaç məktəbini bitirdikdən sonra, 1828-ci ildə, Vaqner Leypsiqdəki "Nicolai Schule"yə daxil olur və bu tədris müəssisəninin müəllim heyəti ilə yola getmir. Məktəb məşğələləri onu bir o qədər maraqlandırmırsa da, dram yazmaq fikri ona büsbütün hakim kəsilir və on beş yaşında Vaqner bütünlüklə Şekspirin, xüsusən də "Hamlet", "Maqbet" və "Kral Lir" faciələrinin, bunlarla yanaşı Hötenin "Hets fon Berlihingen" əsərinin təsiri ilə "Leybald və Adelaida" adlı böyük faciəsini yazır. Bu, bəstəkarın ilk dramaturji təcrübəsi idi ki, sonralar operaları üçün bütün librettoları həmişə o özü yazacaqdı.
Bəstəkarlığın, kompozisiyanın qayda-qanunları barədə aydın təsəvvürü olmasa da, 1829-cu ildə Vaqner "D-moll" (re-minor) adlı ilk sonatasını yazır. Vaqnerin dahi bəstəkar kimi inkişafı demək olar, ümumilikdə məhz bu vaxtdan başlayır. Özünü bütünlüklə musiqiyə həsr etmək Vaqner üçün qarşısıalınmaz istəyə çevrilir. Gələcək bəstəkar üçün musiqi ilə məşğul olmaq hansısa musiqi alətində ifa etmək yox, yalnız "bəstəlçilik" mənasına gəlir, darıxdırıcı harmoniya dərsləri isə bəhrəsini vermir. Buna görə o, sevimli bəstəkarlarının partituralarını köçürərək özünütəhsillə məşğul olmağa başlayır. Vaqnerin kəşf etdiyi bu qeyri-adi özünütəhsil üsulu müsbət bəhrəsini verməyə başlayır və o bəstəkarlıq sənətinin qanunlarına yiyələnir. Bundan başqa, Vaqnerə Bethovenin yaradıcılığı ilə tanışlıq da kömək edir və gənc bəstəkarın musiqi zövqünün formalaşmasına güclü təsir göstərir. Bir müddət sonra ailədə qalmaqal düşür və məlum olur ki, Vaqner artıq yarım ildir "Nicolai Schule"dakı dərslərə getmir. Müəllimləri onun haqqında heç yaxşı şeylər düşünmür və 1830-cu ildə o məktəbi buraxaraq universitetə qəbul olmaq ümidini də itirir. 1930-cu ilin iyulunda Fransada inqilab sədaları gəlməkdəydi. Bütün Avropanı bürüyən inqilab dalğası Saksoniyaya da toxunur və bu hadisələr Vaqneri "Fridrix və azadlıq" adlı siyasi uvertürasını yazmağa həvəsləndirir. Lakin universitetə daxil olmaq arzusu Vaqneri tərk etmir. Pasxa tətillərindən əvvəl o, birbaşa rektora mütaciət edərək musiqi bölməsinin tələbəsi kimi qəbul olunmağı xahiş edir. 140px|thumb|right|Vaqnerin dünyaya gəldiyi ev. Brül, Leypsiq
Gənclik həyatı və karyerası (1830–1842) Rixard Vaqner Pasxa tətillərindən əvvəl, birbaşa Leypsiq universitetinin rektoruna mütaciət edərək musiqi bölməsinin tələbəsi kimi qəbul olunmağı xahiş edir, razılıq alır və 1830-cu ildə Leypsiq universitetinə daxil olur. Burada o, fortepiano dərslərini orqan ifaçısı Hotlib Müllerdən, musiqi nəzəriyyəsini isə Müqəddəs Foma məktəbinin kantoru Teodor Veylinqdən öyrənməyə başlayır. Bir vaxtlar həmin məktəbin kantoru vəzifəsini böyük İohann Sebastyan Bax tuturdu.
Vaqner universitetdə bəstəkarlıq fəaliyyətini genişləndirir. Nəticədə "C-dur" (do major) uvertürası, dörd əllə ifa üçün "B-dur" (si bemol major) sonatası və ən vacibi – 1830-cu ilin Milad bayramında publika qarşısında ifa zamanı uğursuzluqla qarşılansa da Vaqnerin həyatında "bir epoxa olan" "B-dur" uvertürası yaranır.
1831-ci il Vaqner üçün "simfonik musiqi" ili olur. O, bir sıra uvertüralar yazır və onların çoxu konsertlərdə ifa olunur. Həmçinin Motsart və Bethovendən mənimsədiyi irihəcmli birinci simfoniyası "C-dur"u da bəstələyir. Bu əsər 1833-cü il yanvarın 10-da Leypsiqin məşhur konsert zalı Hevandhausda dinləyicilərin qarşısında müvəffəqiyyətlə ifa olunur.
1832-ci ildə Vaqnerdə ilk dəfə opera yazmaq istəyi yaranır. İlk təcrübə uğursuz alınır – "Toy" etüdünü yazan Vaqner əsərini bacısı Rozaliyaya göstərir. Vaqner, bacısı Rozaliyanın razılığını almadığı bütün əlyazmaları anındaca yox edə bilirdi. Növbəti opera süjetini Karlo Qozzinin (1720–1806) "İlan qadın" pyesindən götürür. Vaqner librettonu yazandan sonra operasına "Pərilər" adını verir. Növbəti il ərzində Vaqner operanın musiqisi üzərində səylə işləyir və 1834-cü ildə onu tamamlayır. Vaqnerin bu operanı Leypsiqdə səhnələşdirmək cəhdləri uğursuzluqla nəticələnir, opera ilk dəfə 1888-ci ildə Münhendə bəstəkarın ölümündən sonra səhnəyə qoyulur. "Pərilər"in musiqisi üzərində işləməklə yanaşı Vaqner, yeni opera mətni barədə planlar qurur. Şekspirin "Qisasa qisas" əsərinin süjeti əsas götürülür. Vaqner gələcək operasını "Sevgi qadağası və ya Palermodan olan itaətkar" adlandırır.
Bəstəkarlıq fəaliyyətini davam edə-edə Vaqner 1834-cü ildə Maqdeburq opera teatrında kapelmeyster vəzifəsinə təyin olunur. Bundan sonra o, operalarının səhnəyə qoyulmasına özü nəzarət edə bilir. "Sevgi qadağası"nın premyerası 1836-cı ildə baş tutur, ancaq demək olar uğursuzluğa düçar olur. Vaqnerin yeni uvertürası "Britaniya, hökmranlıq et!" (Rule, Britania!) da müvəffəqiyyət qazanmır. Həmin il Maqdeburq teatrının opera truppası dağılır və Vaqner Köniqsberqə köçür. O, Köniqsberq opera teatrında yenidən dirijorluğa başlayır.
1836-cı il bəstəkarın həyatında daha bir önəmli hadisə ilə yadda qalır. Vaqner 24 noyabrda, 1832-ci ildə tanış olduqları və aralarında səmimi dostluqları olduğu, aktrisa Minna Planerlə evlənir. Lakin nikah uğursuz alınır. Maddi çətinliklər və həyata baxışların müxtəlifliyi ayrılığa səbəb olur. 31 may 1837-ci ildə bütün qış və yaz boyu davam edən mübahisələr və incikliklərdən sonra Minna planları barədə əvvəlcədən heç bir məlumat verməyib ərinin evini tərk edir.
Şəxsi həyatında faciə yaşadıqdan və Köniqsberq teatrı, antreprenerin iflası nəticəsində bağlandıqdan sonra, Vaqner həmin ilin avqustunda yeni yaradıcılıq planları ilə kapelmeyster təyin olunduğu Riqaya yola düşür. Həmin ərəfədə Ed-vard Corc Bulver-Littonun yenicə oxuduğu "Kola di Riensi" romanı Vaqnerə bu süjet əsasında qurulmuş böyük operanın planını hazırlamağa sövq edir. 1838-ci il yayın ortalarında opera üzərində işlməyə başlayır.
Riqada Vaqnerin həyat yoldaşı ilə münasibətləri bərpa olur. Minna elə də çox vaxt keçmədən ərinə məktub yazaraq etiraf edir ki, "onu xəyanətə yalnız ümidsizlik məcbur eləmişdi" və o, həqiqətən peşmandır. Vaqner arvadını heç vaxt və heç nədə günahlandırmayacağına səmimi-qəlbdən söz verir və bu vədinə tam əməl edir. Oktyabrın 19-da onlar yenidən ər-arvad kimi yaşamağa başlayırlar. Lakin Riqada da həyat asan olmur. Paris Vaqneri özünə yenidən cəlb edir. Vaqner 1839-cu ilin qarşıdakı yayında, Riqadan birbaşa Parisə yola düşəcəyini və orada da yalnız opera bəstəçiliyi sahəsində bəxtini sınayacağının vacib olduğunu düşünür. Ailə Parisə yolüstü Londonu da ziyarət etməklə dəniz yolu ilə gedir. Məhz Riqadan Londona bu səfər zamanı Vaqner "Uçan hollandiyalı" operası üçün süjet üzərində düşünür. Bu fikir onun ağlına səyahət etdikləri gəmi, dəhşətli fırtınada batmaq təhlükəsi ilə üzləşəndə gəlir. Vaqner dənizçilərdən lənətli gəmi və onun müəmmalı kapitanı barədə əfsanəni eşidir, bu süjet onun təxəyyülünə ilham verir. Lakin Parisə gələndə o, yeni fikirlərlə yanaşı "Riensi"nin üzərində də işləyirdi. Son variantda opera "Kola di Riensi, sonuncu tribun" adını alır. Bununla yanaşı 1840-cı ildə Vaqner böyük "Uvertüra-Faust"u bitirir. Həmçinin, 1841-ci ildə "Uçan hollandiyalı" da tezliklə tamamlanır.
Parisdə Cakomo Meyerberlə çoxdan arzulanan tanışlıq mümkün olursa da bu tanışlıq Vaqnerin gözlədiyi yaradıcı bəhrəsini vermir. Bəstəkarların yaradıcı idealları və musiqi sənətinin gələcək inkişafıyla bağlı baxışları qətiyyən bir-birinə bənzəmir, üst-üstə düşmürdü. Hektor Berliozla görüş isə bu mənada daha məhsuldar idi. Onun "Fantastik dördlük" əsəri Vaqnerin heyrətinə və vəcdinə səbəb olmuşdu, xüsusən də əsərdəki janrdaxili şəkillərə görə. Bütövlükdə isə Paris Vaqnerin sevinc dolu ümidlərini doğrultmadı. Hətta, 1840-cı ilin aprelində Ferens Listlə baş tutan tanışlıq belə məyusluq gətirdi. List Vaqnerə əsl sənətlə yox, yalnız "vulqar kütlə" qarşısında uğur qazanmaqla maraqlanan soyuq insan təsiri bağışlamışdı. Vaqner daha Listlə görüşmək istəmirdi və özünün Listdə simpatiya və maraq oyatdığından xəbərsiz idi. List isə gənc bəstəkarın ona münasibətini öyrəndikdən sonra həqiqətən sarsılmışdı. Parisdə yaşamaq üçün müxtəlif yollarla vəsait axtarmağa məcbur olduğundan həm də Vaqner üçün ağır dövr başlamışdı. Heç nədən çəkinmədən dəbli operaları təzədən yığmaq və aranjman etməyə, romans yazmağa məcbur olur, eyni zamanda Parisin müxtəlif qəzet və jurnalları ilə musiqi rəyçisi və tənqidçi kimi əməkdaşlıq edirdi. 140px|thumb|right|Vaqner. 1840-cı il
Drezden. 1842–1849 12 aprel 1842-ci ildə Vaqner həyat yoldaşı ilə Drezdenə gəldi. Oktyabrın 20-də "Riensi"nin premyerası baş tutdu. Uğur o qədər böyük idi ki, Vaqner "Uçan hollandiyalı"nı da Drezdendə səhnəyə qoymaq qərarına gəldi. Çünki Berlindəki işlər naməlum səbəblərdən uzanırdı. Bundan başqa o, Drezden kral opera teatrında kapelmeyster vəzifəsinə təyin olunmuşdu.