Qoş — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002.

Tarixi Rayon mərkəzirdən 18 km cənub-şərqdə yerləşir. 1590-cı il tarixli «İrəvan əyalətinin icmal dəftəri»ndəİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.162, Qafqazın 5 verstlik xəritəsindəПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.144 qeyd edilmişdir.

Toponim qədim türk dilində «düşərgə, çobanların müvəqqəti yaşayış yeri, çadır» mənasında işlənən qoş sözüРадлов В.В. Опыт словарья тюркских наречий, т.II, ч.1, СПб, 1899. s.636Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.298-299 əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə toponimdir.

Əhalisi Burada 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. 1858-70-cı illərdə Türkiyədən buraya Ermənilər köçürülüb yerləşdirilmişdir. Kənddə ermənilərdən başqa 1831-ci ildə 62 nəfər, 1873 - cü ildə 211 nəfər, 1886-cı ildə 566 nəfər, 1897-ci ildə 323 nəfər, 1908-ci ildə 427 nəfər azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.22-23, 106-107.

1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 10 nəfər, 1926-cı ildə 9 nəfər azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.22-23, 106-107.

İstinadlar

Kateqoriya:Karbi kəndləri Kateqoriya:Araqacotn mərzinin yaşayış məntəqələri