Komla Dumor (; d. 3 oktyabr 1972, Akkra, Qana – ö. 18 yanvar 2014, London, İngiltərə, Böyük Britaniya) — məşhur afrikalı jurnalist; Böyük Britaniyanın "BBC World News" telekanalında Afrika ilə bağlı xəbərlər proqramının () məşhur aparıcısı.Afrikanın ulduzu söndü . milli.az, 20.01.2014
Həyatı Komla Dumor 3 oktyabr 1972-ci ildə Qananın paytaxtı Akkrada doğulmuşdur. Atası Ernest Dumor bir sosiologiya professoru və anası Seselya Dumor isə kütləvi kommunikasiya üzrə magistr dərəcəsinə malik idi.Marcus Williamson, "Komla Dumor: Respected and admired radio and television presenter who played a leading role in transforming the coverage of Africa" (obituary) , The Independent, 22 January 2014. Babası Filip Qbeho, Qana himninin bəstəkarı idi.
Ailəsi Komla Dumor 2001-ci ildə Kvansema Quansah ilə evlənmişdir. Bu evlilikdən onların üç övladı dünyaya gəlmişdir.Solomon Mugera, "Komla Dumor obituary – BBC broadcaster who made a substantial contribution to the coverage and greater understanding of Africa" (obituary), The Guardian, 21 January 2014.
Fəaliyyəti Vətənində radiojurnalist kimi çalışaraq "İlin jurnalisti" adını alandan sonra 2007-ci ildə BBC-də işləməyə başlamışdı.
Komla Dumor "Afrikanın 100 ən nüfuzlu adamı" reytinqində yer almışdı və onu "Afrikanın ulduzu" adlandırırdılar.
Vəfatı 18 yanvar 2014-cü ildə vəfat etmişdir. Onun cəsədi Londondakı evində tapılmışdır.
İstinadlar
Xarici keçidlər Obituary in The Independent by Marcus Williamson, 22 January 2014. About Us , BBC World Service. Focus and Network presenters , BBC World Service. Cephas, "Ghana: Komla Dumor Anchors BBC Africa Business Report", allAfrica, 21 August 2009. Jason Von Berg and Nikita Camacho, "Video: Komla Dumor – The man behind the suit", DStv, 18 November 2013. "Komla Dumor – The big anchor with the patience of a saint" , Joy Online, 4 December 2013. "Telling the African Story", Komla Dumor, TEDxEuston.
Kateqoriya:Akkrada doğulanlar Kateqoriya:Qana jurnalistləri Kateqoriya:Qana Universitetinin məzunları Kateqoriya:Harvard Universitetinin məzunları Kateqoriya:Londonda vəfat edənlər Kateqoriya:XXI əsr jurnalistləri Kateqoriya:Ürək tutmasından ölənlər