Aşağı Qoylasar — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002.

Tarixi Kəndin başqa adı Sufla Qoylasar olmuşdurQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.48. Rayon mərkəzindən 10 km məsafədə, Xaraba Kotanlı kəndindən 7 km cənubda yerləşir.

Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət funksiyasında iştirak edən aşağı sözü ilə «qala» və «hasar» sözlərinin təhrif edilmiş forması olan qoylasar sözündən əmələ gəlmişdir.

Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin l.XII.1949 - cu il fərmanı ilə kəndin adı dəyişdirilib Dimitrov qoyulmuşdur.

Əhalisi Burada tarixən yalnız azərbaycanlılar yaşamışdır. 1828-30 - cu illərdə kəndə İrandan ermənilər köçürülmüşdürШопен И. Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи, СПб, Типография императорский Академии Наук, 1852. s.551-554.

Burada 1831-ci ildə 5 nəfər, 1873 - cü ildə 4 nəfər, 1897-ci ildə 19 nəfər azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.48-49, 128-129.

XX əsrin əvvəllərində (1905-1906) azərbaycanlılar qovulmuşdur. İndi ermənilər yaşayır.

İstinadlar

:Kateqoriya:Gərnibasar kəndləri :Kateqoriya:Ermənistandakı Azərbaycan kəndləri

Kateqoriya:Ararat mərzinin yaşayış məntəqələri