Duşeti () — Gürcüstanın Msxeta-Mtianeti diyarında, Duşeti bələdiyyəsində yerləşən kiçik şəhər. Paytaxt Tiflisdən 54 km şimal-şərqdə yerləşir.

Tarixi

Duşeti şəhəri dəniz səviyyəsindən 870 m yüksəklikdə, Böyük Qafqaz dağlarında, kiçik dağ çayı olan Duşetis-Xevi çayının hər iki sahilində yerləşir. Şəhər tarixi Gürcüstanın Pxovi (Pşavi və Xevsureti) tarixi regionundadır. 2014-ci ilin siyahıalmasına görə şəhər əhalisi 6167 nəfərdir. thumb|left|100px|Rusiya imperiyası tərkibində Duşetinin 1875-ci ildən istifadə olunan gerbi. Bu yaşayış məntəqəsi haqqında ilk məlumat 1215-ci ildə gürcü mənbələrində verilib. Araqvi hersoqları bu Duşetidən iqamətgah kimi istifadə etmişlər. 1740-cı illərdə Araqvinin ləğvindən sonra Duşeti Gürcü krallarının əlinə keçmiş, amma əhəmiyyətini itirmişdir. 1801-ci ildə ruslar buranı ələ keçirərək Duşetiyə şəhər statusu vermişlər. 1802-ci ildə Duşeti uezdliyinin paytaxtı olmuşdur. Rusiya vətəndaş müharibəsi, 1918-ci ildə kəndli üsyanı, 1924-cü ildə Sovet rejiminə qarşı dirəniş zamanı şəhər və ətraf əraziləri iğtişaşlara səhnə olmuşdur. Sovet dövründə Duşeti kənd təsərrüfatı və yüngül sənaye mərkəzi olsa da, SSRİ-nin parçalanma illərinə yaxın şəhər iqtisadi tənəzzülə uğramış və əhalisi azalmışdır. Hazırda əhalinin böyük qismi əsasən xidmət sahəsində (bank, təhsil, xırda satış) işləyir.

Duşeti öz xingalı ilə məşhurdur.

İqtisadiyyat

Nəqliyyat

Şəhərin yaxınlığında Tiflis-Stepantminda dəmir yolu yerləşir. Duşeti və Tiflis arasında avtobus maşrutları fəaliyyət göstərir.

Mədəniyyət

Şəhər və ətraf bölgələrdə tarixi və görməli yerlər yerləşir. (Ananuri qalası, Bazaleti gölü) Şəhərdə IX-X əsrlərə aid Müqəddsə Georq kilsəsi və XVIII əsrə aid Çilaşvili ailəsinin sarayını görmək mümkündür.

Məşhur şəxsləri

Şota Xinçaqaşvili — keçmiş peşəkar futbolçu.

İstinadlar

Kateqoriya:Duşeti bələdiyyəsinin yaşayış məntəqələri Kateqoriya:Tiflis quberniyası Kateqoriya:Gürcüstan şəhərləri