Melvill () — Timor dənizinin şərqində, Avstraliyanın Şimal ərazisi (Avstraliya)ndə yerləşir. Aborigenlər arasında ada Ermalner adlandırılır. Avstraliyanın Baterst (Avstraliya) adası ilə birlikdə Tivi adalarını təşkil edir.

Coğrafiya Sahəsi 5786 km² təşkil edir. Bu göstəriçi ilə ada Avstraliyada Tasmaniyadan sonra ikincidir. Ən hündür nöqtəsi 258 metrdir. Orada qarışıq və tropik meşələr yayıııllmışdır. İqlimi: Tropik iqlimi və Musson iqlimi. Tarixi Ada ilk dəfə holland dənizçisi Abel Tasman təfindən kəşf edilir və Van-Diema Torpağı adlandırılır (164). Digər fərziyəyə görə adanı 1636-cı ildə holland səyyah Piter Piters tərəfindən aşkarlanır. Ançaq Piter adanı materikin bir hissəsi hesab edirdiMaqidoviç V. İ., Maqidoviç İ. P. Tarixi açılışların oçerki. T. 2. М., 1983. S. 372.. 1818-ci ildə ada Britaniya general-admirallığının birinci lordu Robert Dandasın şərəfinə (Vinkont Melvill) adlandırılır. Onun şərəfinə Kanada Arktik arxipelaqının adalarından biridə onun şərəfinə adlandırılmışdır (Melvill (ada). 1824-ci ildə ada ilk dəfə məskunlaşdırılır. Orada ilk avropalı yaşayış məntəqəsi Fort-Dundas olur.

Əhalisi Milikapiti qəsəbəsində 559 nəfər, Pirlanqimpidə 440 nəfər insan yaşayır. Milikapitidən 27 km aralıda, adanın sahillərində 5 ailədən ibarət 30 nəfərlik qrup yaşayır. Ümumilikdə isə adada 1029 nəfər yaşayır (2010).

İstinadlar

Mənbə Tivi Torpağı soveti Tivi inçəsənəti Adada turizm Kateqoriya:Hind okeanının adaları