Çorlu, Lernatsk, Lernagyuğ — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2

Tarixi Kəndin adı Çırpılı, Bostançı xaraba formalarında da qeyd edilirQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.20. Rayon mərkəzindən 17 km cənubda yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun tabeliyində olmuşdur. Qafqazın 5 verstlik xəritəsindəПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.287 qeyd edilmişdir.

Toponim türk mənşəli çor etnoniminəГлинка С.Н. Описание переселения армян азербайджанских в пределе России, Баку, «Элм», 1990. s. 106-107 mənsubluq bildirən -lu şəkilçisinin qoşulması əsasında əmələ gəlmişdir. «Çor tayfasının kəndi, yaşayış yeri» mənasını bildirir.

Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.XI.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Lernatsk, 21.X.1967-cı il fərmanı ilə yenidən dəyişdirilib Lernagyuğ (Dağkəndi) qoyulmuşdur.

Əhalisi

İstinadlar

Kateqoriya:Ağbaba kəndləri Kateqoriya:Şirak mərzinin yaşayış məntəqələri