Akif Allahyar oğlu Cəfərov () — Mühəndis-geoloq, geologiya-mineralogiya elmləri namizədi, Sosialist Əməyi Qəhrəmanı, Gürganneft Mədənlər İdarəsində mədən müdiri
Həyatı Əmək fəaliyyətinə "Gürganneft" NMİ-də operator kimi başlamışdır. 1959-cu ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. 1971-ci ildə Cənub NQÇİ-nin rəisi təyin edilmiş, 1978–1984-cü illərdə "Xəzərdənizneftqaz" Sənaye Birliyinin Baş direktorunun müavini, baş mühədisi işləmişdir.
1984-cü ildən 1992-ci ilə qədər Azərneft İstehsalat Birliyinin Baş direktoru vəzifəsində çalışmışdır. A.Cəfərov çoxlu sayda dölət təltiflərinə layiq gürülmüş, seçki orqanlarında Azərbaycan neftçilərini layiqincə təmsil etmişdir.
Akif Allahyar oğlu Cəfərov respublikamızda zərbəçi kommunist əməyi briqadaları yaradılmasının təşəbbüsçülərindən olmuş və onun rəhbərlik etdiyi briqada ilk dəfə bu ada layiq görülmüşdür.
İstinadlar
Kateqoriya:Azərbaycan neftçiləri Kateqoriya:Sosialist əməyi qəhrəmanları Kateqoriya:Tbilisidə doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:SSRİ Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Rusiya geoloqları Kateqoriya:SSRİ geoloqları Kateqoriya:Sov.İKP-nin XXII qurultayının nümayəndələri