Tiqran Petrosyan () — Sovet və Ermənistan Qrosmeysteri və 1963-dən 1969-a kimi Dünya Çempionu. Keçilməz müdafiə üslubu olduğu üçün onun ləqəbi "Dəmir Tiqran" idi. Bu üslubda təhlükəsizlik hər şeydən üstündür.

Petrosyan 8 dəfə Dünya Çempionluğuna namizəd olub (1953, 1956, 1959, 1962, 1971, 1974, 1977 və 1980). O, 1963-cü ildə Mixail Botvinniki udaraq Dünya Çempionu olmuşdur. 1966-cı ildə tac uğrunda mübarizədə Boris Spasskiyə qalib gələrək ikinci dəfə çempionun dəfnə çələngini alır. 1969-çu ildə isə Spasski ilə görüşdə dünya çempionunun tacını müdafiə edə bilməyərək, məğlubiyyətə uğrayır.

Beləliklə, o 3 il ərzində 10 dəfə ardıcıl olaraq Dünya Çempionluğunu müdafiə etdi. Tiqran 4 dəfə Sovet çempionu olub (1959, 1961, 1969, və 1975).

Petrosyan şahmatı Ermənistanda populyarlaşdıran şəxs kimi də tanınır. Digər şahmatçılar onun haqqında "qalib gəlmək üçün çətin bir oyunçu" fikrini də söyləmişlər.

Həyatı Petrosyan 17 iyul 1929-cu ildə Tbilisidə erməni ailəsində doğulub. Şahmatı 8 yaşında öyrənib. Savadsız atası Vartan onu təhsilini davam etdirməsi üçün həvəsləndirirdi və şahmatın karyera kimi ona heç bir uğur gətirməyəcəyini düşünürdü. İkinci Dünya müharibəsi zamanı Petrosyan yetim qalır və yaşamaq üçün küçə süpürmək məcburiyyətində olur. 1969-cu ildə "Time" jurnalında müsahibəsində xatırlayırdı:

O müharibə vaxtı yemək kartından Danimarkalı qrossmeyter Aron Nimzowitsch-in "Şahmat təcrübəsi" kitabını almaq üçün istifadə edib. Sonralar Pertosyan bildirirdi ki, bu kitab ona şahmatçı olmasına çox böyük təsir edib. O, Rudolf Spielmann-ın "Şahmatda İncəsənətin Qurbanları" kitabını aldı. Xose Raul Kapablanka erkən illərdə təsiri vardı. 12 yaşı olanda o, Archil Ebralidze-nin himayəsi altında Tbilisidə Pionerlər Sarayında şahmatla məşğul olmağa başladı. Ebralidze Nimzowitsch və Kapablankanın dəstəkçisi idi və onun şahmata elmi yanaşması vəhşi taktika və şübhəli kombinasiyaları arxa plana keçirtdi. Beləliklə, Petrosyan dolğun şahmat açılışlarından ibarət repertuar yaratdı, məsələn Karo-Kann müdafiəsi. Bir illik Pionerlər Sarayındakı məşqdən sonra o sovet qrossmeyteri Salo Flohr-u seansda (simultaneous exhibition) məğlub edir.

Ölüm və miras 280px|thumbnail|right|Petrosyanın İrəvan şahmat məktəbinin yaxınlığındakı heykəli.

Petrosyan 1984-cü ildə Moskvada mədə xərçəngindən vəfat etdi və ordakı erməni məzarlığında basdırıldı. 1987-ci ildə Dünya Çempionu Harri Kasparov Petrosyanın məzarına dəfnə əklili qoyaraq abidənin açılışını etdi. 2006-cı ilin 7 iyulunda İrəvanda Davtaşen rayonuda şərəfinə abidə qoyuldu və həmin küçəyə onun adı verildi.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Ermənistan şahmatçıları Kateqoriya:SSRİ şahmatçıları Kateqoriya:Şahmat Olimpiadalarının iştirakçıları Kateqoriya:Rusiya jurnalistləri Kateqoriya:SSRİ-nin əməkdar idman ustaları Kateqoriya:"Şərəf nişanı" ordeni ilə təltif edilənlər Kateqoriya:Vaqankovo qəbiristanlığında dəfn olunanlar Kateqoriya:SSRİ jurnalistləri Kateqoriya:Şahmat qrosmeysterləri Kateqoriya:Şahmat üzrə dünya çempionları Kateqoriya:Gürcüstan erməniləri Kateqoriya:XX əsr Ermənistan şəxsləri Kateqoriya:Gürcüstan yazıçıları Kateqoriya:Fəlsəfə elmləri namizədləri