Dərəçiçək — Ermənistanın Kotayk mərzində yerləşən qəsəbə.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
Tarixi Rayon mərkəzindən 5 km şimal-qərbdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndəİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.53, Qafqazın 5 verstlik xəritəsindəПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.75 qeyd edilmişdir.
Toponim Azərbaycan dilində «iki dağ arasında dərin çuxur» mənasında işlənən dərə sözü ilə Azərbaycan dilində «çiçəkləri olan bitki», «gül» mənasında işlənən çiçək sözünün(12, s.438 birləşməsindən əmələ gəlmişdir. Yaşayış məntəqəsi güllü, çiçəkli, gözəl mənzərəli dərədə yerləşdiyi üçün Dərəçiçək adlandırılmışdır. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Kəndin adı 1847-ci ildə dəyişdirilib Konstantinovka adlandırılmışdır. 1920-ci illərdə yaşayış məntəqəsinin adı kalka edilərək Zaxqadzor (Dərəçiçək) qoyulmuşdur.
Əhalisi Burada 1897-ci ildə ruslar, ermənilər və azərbaycanlılar yaşamışdırQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.16-17.
XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar deportasiya olunmuş və yalnız ermənilər və ruslar yaşamağa başlamışdır. İndi burada ermənilər yaşayır.
İstinadlar
Kateqoriya:Dərəçiçək kəndləri Kateqoriya:Kotayk mərzinin yaşayış məntəqələri Kateqoriya:Ermənistan şəhərləri