A/B testi istifadəçi təcrübəsi tədqiqat metodologiyasıdır.

A/B testi alətlərin müqayisəsi Leanplum Petri Webtrends ABtasty ClickThroo Google Content Experiments FusionMarketizatorOptimizely SiteSpect VWO Maxymiser PlanOut SixPack Hədəf platforma Mobil və klient Server və klient Klient Klient Klient Klient Server və klient Klient Klient Klient Klient Klient Server və klient Server və klient Bir neçə variantlı test ✓✓✓✓✗✗✓✓✓✓✓✓✓? Email kampaniyalar✗?✓✓✓✗✓✗✗✓✓✓?? Subyektiv dizayn?✓✓✗✗✗✗✗✗✗✗✗✓? İnterfeys Qrafik və API API Qrafik və API QrafikQrafik Qrafik və API<center>Qrafik və API/center> Qrafik Qrafik və APIQrafik Qrafik Qrafik API Qrafik və API

Tərif «A/B testi» sadə təsadüfi seçilmiş nəzarətli eksperimentin qısaldılmış adıdır; burada bir vektor dəyişənin bir sıra nümunələri (məsələn, A və B) müqayisə edilir. Əslində, A/B testi məhsulun, marketinq materialının və ya başqa hər hansı bir şeyin iki az fərqlənən versiyasını yaratmaq deməkdir ki, hansının daha yaxşı nəticə verdiyini müəyyən etsin. A/B testləri ümumiyyətlə nəzarətli eksperimentin ən sadə forması hesab olunur, xüsusən yalnız iki variant olduqda. Lakin testə daha çox variant əlavə etmək onun mürəkkəbliyini artırır.

Aşağıdakı nümunə bir dəyişənli A/B testini izah edir: Şirkətin 2000 müştəridən ibarət verilənlər bazası var və o, veb-sayt vasitəsilə satışları artırmaq üçün promo kodlu e-poçt kampaniyası başladır. Şirkət müxtəlif hərəkətə çağırışlara (reklam kampaniyasında müştərini alış etməyə təşviq edən mətn hissəsi) və fərqləndirici promo kodlarına malik iki məktub versiyası hazırlayır. Şirkət 1000 insana belə məzmunlu e-poçt göndərir: «Təklif bu şənbə günü sona çatır! A1 kodundan istifadə edin». Qalan 1000 insana isə belə e-poçt göndərilir: «Təklif tezliklə bitir! B1 kodundan istifadə edin». E-poçtların mətninin və dizaynının digər bütün elementləri eynidir.

Daha sonra şirkət promo kodların istifadəsini analiz edərək hansı kampaniyanın daha yüksək uğur faizinə malik olduğunu izləyir. A1 kodlu e-poçtda 5% cavab (məktub almış 1000 nəfərdən 50-si koddan istifadə edərək alış edib), B1 kodlu e-poçtda isə 3% cavab (30 alıcı koddan istifadə edib). Beləliklə, şirkət bu halda birinci hərəkətə çağırışın daha effektiv olduğunu müəyyən edir və gələcək satışlarda onu istifadə edəcək. Daha incə yanaşma A1 və B1 arasındakı cavab faizlərindəki fərqlərin statistik cəhətdən əhəmiyyətli olub-olmadığını müəyyən etmək üçün statistik testlərdən istifadə etməyi əhatə edər (çox güman ki, fərqlər realdır, təkrarlana bilər və təsadüf nəticəsi deyil).

Məsələn, B1 kodu alan daha çox müştəri sayta daxil olsa da, çağırışda aksiya bitiş tarixi göstərilmədiyindən, bir çox alıcı dərhal alış etməyə ehtiyac hiss etməyə bilər. Buna görə də, əgər testin məqsədi yalnız hansı məktubun sayta daha çox trafik cəlb edəcəyini müəyyən etmək olsaydı, B1 kodlu məktub daha uğurlu ola bilərdi. A/B testinin satış konversiyalarının sayı, klik nisbəti və ya qeydiyyat nisbəti kimi müəyyən, ölçülə bilən nəticəyə malik olması lazımdır.

İstinadlar

Kateqoriya:Təcrübələr Kateqoriya:Bazar tədqiqatları Kateqoriya:Marketinq tədqiqatları