Paravani gölü (; ) — Gürcüstanda, Cavexeti yaylasında, Samsar və Qaraağac silsilələrinin arasında yerləşən vulkanik göl.

Coğrafiya

Paravani gölü dəniz səviyyəsindən 2073 metr yüksəklikdə yerləşir. Sahəsi 37,5 km2, drenaj hövzəsinin sahəsi 234 km2-dir. Orta dərinliyi 2,2 metr, ən dərin yeri 3,3 metrdir. Gölün həcmi 91 milyon m3 təşkil edir. Paravani gölünün su səviyyəsi oktyabr-noyabr aylarında aşağı düşür, may-iyun aylarında yüksəlir. Qışda göl donur və üzərini 47-73 sm qalınlığında buz təbəqəsi örtür.Apkhazava, I. Ed. Georgian Encyclopedia. Vol. X. Tbilisi, Georgia: 1985.

Gölə 3 çay tökülür: Şaori, Sabadostskali və Rodionovskis Tskali çayları. Göl əsasən yeraltı, yağış və qar sularından qidalanır.

Gölün cənub hissəsindən Paravani çayı başlanğıcını götürür və Mtkvari çayı ilə birləşir. Göl əlverişli balıqçılıq yeridir.

Gölün yaxınlığında Şaori qəsri yerləşir.

Qalereya

İstinadlar

Xarici keçidlər

Şəkillər

Kateqoriya:Gürcüstan gölləri Kateqoriya:Qafqaz gölləri Kateqoriya:Kürün hövzəsi