Ərəb Universitetləri Assosiasiyası () və ya Ərəb Universitetləri Birliyi (), qısaca: AArU — Ərəb Dövlətləri Liqası çərçivəsində fəaliyyət göstərən ərəb ölkələri universitetlərinin birliyi. Bu qurum müstəqil hüquqi xarakter daşıyır qeyri-hökumət təşkilatıdır. Mənzil-qərargahı İordaniyanın paytaxtı Əmman şəhərində yerləşir.

Tarixi Bu təşkilat Ərəb Dövlətləri Liqası tərəfindən 1964-cü ildə yaradılmışdır. Həmin vaxt müvəqqəti Baş Katiblik Misirin paytaxtı Qahirə şəhərində təşkil edilmişdir. 1969-cu ildən isə təşkilata daimi Baş Katib təyin edilmişdir. Hazırda daimi mənzil-qərargahı 1984-cü ildən bəri İordaniya Haşimilər Krallığının paytaxtı Əmman şəhərində yerləşir. Başlıca orqanı Baş Assambleyadır. Baş katibi Sultan əbu-Orabi əl-Ədvandır.

Məqsədi Təşkilatın əsas məqsədi ərəb dünyasında ali təhsili dəstəkləmək və müvafiq ölkələrin ali məktəbləri arasında əməkdaşlığın genişləndirilməsidir.

Üzvləri Üzvləri arasındakı ali məktəblərdən ikisi ərəb ölkələrinin təmsilçisi deyil: Danimarka Ərəb Akademiyası; Niderland Alhuraa Universiteti.

Digər üzvlər ərəb ölkələrinin təmsilçisidir. Hələ 1964-cü ildə təşkilat yaradılarkən bütün ərəb ölkələrindəki ali məktəblərin sayı 20-dən az idi. Hazırda isə 22 ərəb ölkəsindən 280 ali məktəb Assosiasiyanın üzvüdür:

Küveyt

Fələstin

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Universitetlər birliyi Kateqoriya:1964-cü ildə yarananlar Kateqoriya:Ərəb Dövlətləri Liqası