Aryen Robben () — hollandiyalı futbolçu. Hücumçu arxası və sağ cinahda oynayır. Hollandiyada iki dəfə ilin futbolçusu seçilmişdir.

Klub karyerası Robben, futbol karyerasına anadan olduğu Qroningen şəhərinin Qroningen futbol klubunda başlamışdır. Liqada ilk oyununa Tventeyə qarşı oynamışdır. Robben ilk mövsümündə 18 oyuna 2 qol vurmaqla komandada ilin futbolçusu seçilmişdir. İkinci sezonunu daha yaxşı keçirən Robben 28 oyuna 6 qol vurmuş və il sonunda 3.9 milyon € qarşılığında PSV klubuna transfer olunmuşdur.

Robben, burada da ilk sezonun yaxşı keçirmiş və 33 oyunda 12 qol vurmuşdur. Bu uğurlardan sonra Mançester Yunaytedin baş məşqçisi Aleks Ferqyuson, Robben üçün 8 milyon € təklif etmiş, lakin rəhbərlik qəbul etməmişdir. 2003–04 sezonunu yaxşı keçirməsə də, il sonunda 12 milyon € qarşılığında Çelsiyə transfer olunmuşdur.

22 avqust, 2007-ci ildə İspaniyanın Real Madrid klubu ilə 5 illik müqavilə bağlamışdır. 2009–10 sezonunda Florentino Perezin prezident seçilməsi və Kriştiano Ronaldo və Kakanın transferlərindən sonra komandadan ayrılmağa qərar vermişdir.

28 avqust, 2009-cu ildə təxminən 25 milyon € qarşılığında Almaniyanın Bayern Münhen klubuna transfer olunmuşdur. Robben, yeni klubunda axırıncı dəfə Roy Makaayın geyindiyi '10' nömrəli forma ilə çıxış etmişdir. 2013-cü ildə klubu ilə birlikdə UEFA Çempionlar Liqasını qazanmışdır. 19 mart, 2014-cü ildə Bayern Münhen ilə müqaviləsini 3 il daha uzatmışdır.

İstinadlar

Kateqoriya:Niderland milli futbol komandasının oyunçuları Kateqoriya:Legioner Niderland futbolçuları Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:Erediviziya futbolçuları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:Real Madrid FK futbolçuları Kateqoriya:Çelsi FK futbolçuları Kateqoriya:UEFA Çempionlar Liqasının qalib futbolçuları Kateqoriya:Niderlandın kişi futbolçuları Kateqoriya:Futbol vingerləri Kateqoriya:Bayern Münhen FK futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:UEFA Avro 2012 futbolçuları Kateqoriya:UEFA Avro 2008 futbolçuları Kateqoriya:UEFA Avro 2004 futbolçuları Kateqoriya:2010 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:2014 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:2006 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:İngiltərə Federasiya Kuboku finalı futbolçuları Kateqoriya:Niderland milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Niderland futbol məşqçiləri Kateqoriya:PSV Eyndhoven FK futbolçuları Kateqoriya:Qroningen FK futbolçuları Kateqoriya:İspaniyada legioner futbolçular Kateqoriya:Almaniyada legioner futbolçular Kateqoriya:Futbol hücumçuları Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular Kateqoriya:Niderlandlı legioner kişi futbolçular