Bulud Qaraçorlu Səhənd () — Azərbaycanlı şair.

Həyatı Bulud Qaraçorlu Səhənd 1926-cı ildə Marağada anadan olub.

İlk təhsilini Marağa və Təbrizdə alan Bulud 17 yaşında ikən Razi, az müddət keçdikdən sonra isə Səhənd təxəllüsü ilə şeirlər yazmağa başlayır.

Səhəndin gənclik illəri İranda Azərbaycan xalqının milli istiqlaliyyəti uğrunda apardığı çətin mübarizə dövrünə – 40-cı illərdən başlayan milli-azadlıq hərəkatına təsadüf edir.

O, milli hərəkatda fəal iştirak edirdi. AMH dövründə Marağada yaşayıb. 1945-ci ildə Pişəvərinin rəhbərliyi ilə Güney Azərbaycan Milli Hökumətinin qurulması, ölkədə aparılan misli görünməyən mütərəqqi islahatlar onda böyük ruh yüksəkliyi yaradır. Azərbaycan Demokrat Gənclər Təşkilatının üzvü olub. Səhənd həmin illərdə sevinc və iftixardan doğan şeirlər yazırdı. Lakin vətənin azadlığı uzun sürmədi.

Lirik şerlər yazan şair arzu, istək və ağrılarını xalqa çatdırmaq üçün "Dədə Qorqud" dastanlarına üz tutur. Xalq yaradıcılığından yararlanıb məşhur "Sazımın sözü" əsərini yazır.

Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Dəfələrlə həbs olunub.

Səhənd 1979-cu ildə vəfat edib.

Əsərləri Bulud Qaraçurlu Səhənd. "Dədəmin kitabı". Stokholm, 2006. Səhənd. Seçilmiş əsərləri. Bakı, "Şərq-Qərb", 2006, 280 səh. ISBN 978-9952-34-033-8

"Sazimin Sözü" əsəri Araz poeması Xatirə Poeması:fa:رده:بولوت قاراچورلو

Həmçinin bax Qaraçorlu

İstinadlar

Mənbə Pərvanə Məmmədli. "Qorqud nəfəsli şair". “21 Azər” dərgisi. 2000, 11-ci sayı. Pərvanə Məmmədli. Xalqının bədii salnaməsini yazan şair. Azərbaycan şərqşünaslığı • №1 (19) • 2020. səh. 69–73 Dədəmin kitabı (Nəşrə hazırlayan: Fikrət Süleymanoğlu). Bakı: “Nurlar”, 2015 Ədəbiyyat

Pərvanə Məmmədli. "Türkçülük avazı ilə yazıb yaradan şair". Ruqiyyə Qənbərqızı. Ön söz. Səhənd. Seçilmiş əsərləri. Bakı, "Şərq-Qərb", 2006, səh. 4–14. ISBN 978-9952-34-033-8 Süleymanoğlu Fikrət. Səhənd: mühiti, həyatı və yaradıcılığı (monoqrafiya). Bakı: Nurlar NPO, – 2017. – 176 s. Səhənd Dunyasi-Xəzər Dərgisi – Yaz - 1381-2002-Ebced- 50s Atalarsözü Danışır - Bulut Qaraçorlu - Sehend - Memmedali Farzane -1350-7 Sehend Sözlüğ-Bulut Qaraçorlu Yapıtlarında Söz Varlığı - Hasan Umudoğlu – Ebced – Turuz - Tebriz-2012 -8

Xarici keçidlər

"Nəsimi Azərbaycan dilində yaranmış poeziyanın atasıdır" - Bulud Qaraçorlu Səhəndin Nəimi və Nəsimi barədə fikirləri Məsiağa Məhəmmədinin təqdimatında Bulud Qaraçorlu Səhəndin “Qurbanımı qəbul elə Araz” şé’rinin təhlili:1

Kateqoriya:İran azərbaycanlısı şairlər Kateqoriya:Marağada doğulanlar Kateqoriya:Qaraçorlular Kateqoriya:Azərbaycan dilində yazan şairlər