Böyük Şöllü Dəmirçi — İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2

Tarixi Rayon mərkəzindən 7 km məsafədə yerləşir. 1969-cu ildə Zəngibasar rayonu təşkil edilənədək Vağarşabad (Eçmiədzin) rayonun tərkibində olmuşdur.

Toponim mənsubluq bildirən -lu şəkilçisinin qoşulduğu çolşol — İbrahim Bayramov etnonimindənГлинка С. Н. Описание переселения армян азербайджанских в пределе России, Баку, "Элм", 1990. s.112–114 və dəmirçi türk etnonimindənАтаниязов С. Словарь туркменских этнонимов, Ашхабад, "Ылым", 1988. s.466 əmələ gəlmişdir.

Toponimin əvvəlindəki "böyük" fərqləndirici əlamət bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Şorlu qoyulmuşdur.

Əhalisi Kənddə 1831-ci ildə 338 nəfərШопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи , СПб, Типография императорский Академии Наук, 1852. s.547–548, 1886-cı ildə 1318 nəfərСвод статических данных о населении Закавказского края, Тифлис, 1893, № 101, 1922-ci ildə 238 nəfər, 1926-cı ildə 417 nəfər, 1931-ci ildə 453 nəfər yalnız azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931). Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.82–83, 152–153.

SSRİ Nazirlər Sovetinin xüsusi qərarı kənddə yaşayan azərbaycanlılar 1948–53-cü illərdə zorla Azərbaycana köçürülmüş, Türkiyədən köçürülən ermənilər kənddə yerləşdirilmişdir. Kənddə yaşayan 3540 azərbaycanlı ailəsi isə 1988-ci ilin noyabr ayında Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.

İstinadlar

Kateqoriya:Zəngibasar kəndləri Kateqoriya:Ararat mərzinin yaşayış məntəqələri