Adilə Mütəllibova, Ədilə Mütəllibova () — Azərbaycan Respublikasının ilk birinci xanımı, prezident Ayaz Mütəllibovun həyat yoldaşı. İxtisasca həkim idi.
Həyatı Adilə Mütəllibova 1938-ci ildə Bakı şəhərində anadan olub. Əslən Maştağa qəsəbəsindən olan Adilə Mütəllibova Həyat yoldaşı ilə 1961-ci ildə Bakıda ailə qurub və Bakıda yaşayıblar. Ayaz Mütəllibov 1992-ci ildə hakimiyyətdən gedəndən sonra Adilə Mütəllibova onunla birlikdə Moskvada yaşamışdır. 2011-ci ilin avqustunda oğlu Azad Mütəllibov vəfat edəndə, o da Ayaz Mütəllibovla birlikdə Bakıya gəlmişdi. Mətbuatla ünsiyyət saxlamırdı.
Mütəllibova 5 iyul 2019-cu ildə uzun sürən bir xəstəlikdən sonra 81 yaşında vəfat edib. Onun dəfn mərasimi həmin gün Bakıda Təzə Pir məscidində keçirilib. Bakı Yasamal qəbiristanlığında oğlu Azadın yanında dəfn edilib.
Karyerası Ayaz Mütəllibov prezident olduğu dövrdə Adilə Mütəllibova əsasən xeyriyyəçiliklə məşğul olub. Gəncliyində həkim işləyib. Ayaz Mütəllibov dövlət işinə keçəndən sonra işləməyib.
Həmçinin bax Azərbaycanın birinci xanımlarının siyahısı
İstinadlar
Kateqoriya:Azərbaycanın birinci xanımları Kateqoriya:Xeyriyyəçilər Kateqoriya:Azərbaycanın qadın həkimləri Kateqoriya:Azərbaycanlı həkimlər Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Azərbaycan siyasətçilərinin həyat yoldaşları