Şridevi (, , ; doğ. 13 avqust 1963, Sivikasi, Tamilnad, Hindistan - 24 fevral 2018, Dubay, BƏƏ) — hind aktrisası.

Həyatı

Aktrisa, prodüserdir. Əsl adı Şri Amma Yanqerdir. 13 avqust 1963-cü ildə Tamillandda (Sivakasi) anadan olmuşdur. 4 yaşından filmə çəkilib. İlk filmi "Tamil" filmi (Kandhan Karunai) olmuşdur. 1988-ci ildə çəkildiyi “Dələduz” filmində əkiz bacılar roluna görə "Ən yaxşı aktrisa" adına layiq görülmüşdür. Həmin ildə “Çandni” filmində də çəkilmişdir. Bonni Kapur ilə ailəlidir. İki qızı var.

Kateqoriya:Hindistan aktrisaları Kateqoriya:Hindistanda doğulanlar Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:Hindistan kinoprodüserləri Kateqoriya:Uşaq aktyorlar