Ser Cozef Norman Loker (, ) — Britaniya alimi və astronomu. 1868-ci ildə Günəşin atmosferində də rast gəlinən heliumu kəşf etmişdir.http://www.britannica.com/biography/Joseph-Norman-Lockyer:Sir Joseph Norman Lockyer British astronomer.

Həyatı Cozef Norman Loker () 17 May 1836-cı ildə İngiltərənin Uorikşir () əyalətinin Reqbi şəhərində doğulmuşdur. 1870-ci ildə krallığın elmi irəliləyişlər komissiyasına sədr təyin olunana qədər, 1857-ci ildən başlayaraq müharibə ofisində çalışıb. Komissiyanın iş müddəti 1875-ci ildə bitəndə hal-hazırda London İmperial Kollecinin bir hissəsi olan krallığın elm akademiyasına cəlb olunmuşdur. 1885-ci ildə Astronomiya sahəsində Dünyada ilk dəfə professor adına layiq görülən alim olmuşdurhttp://www.brlsi.org/events-proceedings/proceedings/17865:Sir Joseph Norman Lockyer K.C.B., F.R.S. Özü üçün günəş rəsədxanası inşa etdirmiş və 1902-ci ilə qədər bu rəsədxananı idarə etmişdir. 1920-ci ildə 84 yaşında olanda ölmüşdür. Elmə töhfələri

Etdiyi spektral müşahidələr nəticəsində Günəş atmosferinin tərkibini müşahidə etmiş, Yer üzündə kəşf edilməsindən düz 27 il əvvəl Helium elementinin Günəş atmosferində olduğunu müəyyən etmişdir. Loker günəşin səth temperaturunu hesablamışdır. 1870 və 1905-ci illər arasında 8 dəfə Günəş tutulmasını araşdırmaq məqsədilə elmi səfərlər etmişdir.

Loker Günəşdə baş verən dinamik hərəkətlərin Dünyanın iqlimi və hava şəraitinə təsir etdiyini iddia etmişdir. Fəaliyyətinin böyük bir hissəsini 1860-cı illərin sonlarında həyata keçirib.

Norman Loker həmçinin 1869-cu ildə "Nature" akademik jurnalını qurmuş təxminən 50 il ərzində bu jurnalın naşiri olmuşdur.http://www.nature.com/nature/history/timeline_1860s.html : History of the Nature Journal.

300px|thumb|Londonda alimin xatirəsinə həsr olunan lövhə

İstinadlar

Kateqoriya:Britaniya astronomları Kateqoriya:Professorlar Kateqoriya:İngiltərə astronomları Kateqoriya:Kimyəvi element kəşf edənlər