Əli Bin Nasser () — tunisli keçmiş futbol hakimi. 1986-cı ildə keçirilmiş futbol üzrə dünya çempionatında məşhurlaşmışdır.

1986-cı il dünya çempionatı Əli Bin Nasser 1986-cı il futbol üzrə dünya çempionatında tarixin ən maraqlı və ziddiyyətli matçlarından sayılan Argentina-İngiltərə oyununda referilik etmişdir. Həmin matçda argentinalı Dieqo Maradona "Tanrının əli" və "Əsrin qolu" adlanan 2 qolla komandasına 2–1 hesablı qələbə qazandırmışdır. Qolların birincisini Maradona əli ilə tora daxil etsə də, Bin Nasser qolu hesaba almış, sonralar bu epizodda əllə oyunu görmədiyini iddia etmişdir.

Həmin mundialda tunisli hakim həmçinin Polşa-Portuqaliya matçında da baş hakimlik etmiş, daha 3 oyunda laynsmen olmuşdur. 1986-cı il turnirindən sonra Bin Nasser dünya çempionatlarında daha iştirak etməmişdir. thumb

Dünya çempionatından sonra 2015-ci ilin avqustunda Tunisdə Əli Ben Nasseri ziyarət edən Dieqo Maradona üzərində öz imzası və "Əbədi dostum Əliyə" sözləri olan Argentina formasını ona bağışlamışdır. Öz növbəsində tunisli hakim oyun öncəsi Maradona və Şiltonla olan şəklini argentinalıya hədiyyə etmişdir. Maradona öz Feysbuk səhifəsində "Ben Nasserlə duyğusal görüş keçirdiyini" yazmışdır.,

Əli Ben Nasser müsahibələrinin birində yan hakim bolqarıstanlı Boqdan Dotçevi əllə oyun anını görməməkdə ittiham etmiş, "Əsrin qolu" epizodunda isə ingilis müdafiəçilərin kobudluğuna baxmayaraq , topun Maradonada olmasına görə oyunu davam etdirərək argentinalıya tarixin ən gözəl qollarından birini vurmasında assistentlik etdiyini bildirmişdir.,

Həmçinin bax 1986 FİFA Dünya Kuboku

İstinadlar

Xarici keçidlər Maradona 'Hand of God' Goal 1986 World Cup Maradona 'Goal of the Century'1986 World Cup

Kateqoriya:Tunis futbol hakimləri