Yusif Alıyev (tam adı: Yusif İmrayıl oğlu Alıyev; ) — Azərbaycan alimi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, fizika elmləri doktoru, professor, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru., Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi mükafatçısı, "Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)" yubiley medalı laureatı.

Həyatı Yusif Alıyev 7 aprel 1979-cu ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində ziyalı ailəsində anadan olub.

1996-cı ildə Qazax rayonu Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbini, 2000-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinin bakalavriaturasını, 2002-ci ildə həmin universitetinin fizika fakültəsinin magistraturasını "optoelektronika" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

2002-ci ildən 2019-cu ilədək Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun "Quruluş və quruluş çevrilmələri" laboratoriyasında kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 2011–2013-cü illərdə AMEA-nın Fizika İnstitutunun mətbuat xidməti rəhbəri olmuşdur.

2002–2004-cü illərdə həqiqi hərbi xidmətdə olub. Ehtiyatda olan baş leytenantdır.

2009–2020-ci illərdə Dövlət İmtahan Mərkəzində (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) müqavilə əsasında imtahan rəhbəri kimi fəaliyyət göstərmişdir.

14 dekabr 2011-ci ildən 15 fevral 2016-cı ilədək Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda (indiki Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu) Təbiət elmləri kafedrasının müdiri;

15 fevral 2016-cı ildən 20 fevral 2017-ci ilədək Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda ictimai əsaslarla Məzmun standartları və ixtisasartırma proqramları şöbəsinin müdiri vəzifələrində çalışıb.

2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin həyata keçirdiyi "Ən yaxşı müəllim" müsabiqəsinin fizika fənni üzrə ekspert şurasının üzvü olub.

20 fevral 2017-ci il tarixdən — 10 sentyabr 2017-ci il tarixədək Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru (eyni zamanda 6 saylı Bakı Peşə Məktəbinin direktoru) vəzifəsində çalışmışdır.

15 sentyabr 2017-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika və texnologiya fakültəsinin Texnologiya və onun tədrisi metodikası kafedrasının dosenti vəzifəsinə seçilmişdir.

03 oktyabr 2017-ci il tarixdən — 29 avqust 2019-cu il tarixədək Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elm və innovasiyalar şöbəsinin müdiri vəzifəsində çalışıb.

29 avqust 2019-cu il tarixində Azərbaycan Dövlət Pedaqoji universitetinin Quba filialının direktoru vəzifəsinə təyin olunmuşdur.

Ailəlidir, 3 oğlu var.

Elmi fəaliyyəti 25 noyabr 2009-cu ildə "01.04.10-Yarımkeçiricilər və dielektriklər fizikası" ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Bəzi mis və gümüş halkogenidlərində kation və anionların qismən əvəz edilməsinin polimorf çevrilmə mexanizminə təsiri" mövzusunda dissertasiya işi müdafiə etmişdir.

22 iyun 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.

29 mart 2022-ci ildə "2223.01 – Kristalloqrafiya, kristallar fizikası ixtisası üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün "Ag, Cu əsaslı halkogenid sistemlərində fazaəmələgəlmə və quruluş faza çevrilmələri" mövzusunda dissertasiya işi müdafiə etmişdir.

28 oktyabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə fizika elmləri doktoru elmi dərəcəsi verilmişdir.

1 aprel 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Təbiət elmləri kafedrası üzrə dosent elmi adı verilmişdir.

11 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə "Bərk cisimlər fizikası" üzrə professor elmi adı verilmişdir. 2011-ci ildə İsveçrədə yerləşən "World Federation of Scientists" mərkəzinin "National Scholarship Programme" layihəsi üzrə gənc tədqiqatçılar üçün ayrılmış təqaüdünə (2011–2012) layiq görülmüşdür.

Hazırda Ag2S(Se, Te)-AgCuS(Se, Te) sistemində kation-kation, anion-anion əvəzləməsinin quruluşəmələgəlmə və quruluş faza keçidi prosesinə təsirinin öyrənilməsi və bu birləşmələrin fiziki-kimyəvi və rentgenfaza analizinin araşdırılması ilə məşğuldur. Həmçinin araşdırılması və tətbiqi xüsusi aktuallıq kəsb edən müxtəlif tərkibli maqnit yarımkeçiricilərin və ifratkeçiricilərin tədqiqi ilə də məşğuldur.

Onun elmi rəhbərliyi altında hazırda 2 nəfər doktorant fəlsəfə doktoru və elmi məsləhətçiliyi ilə isə 2 nəfər dissertant elmlər doktorluğu dissertasiya işi üzərində çalışır. Elmi rəhbərliyi ilə 1 nəfər doktorant fəlsəfə doktorluğu dissertasiya işini uğurla yerinə yetirmişdir.

Kristalloqrafiya, kristallar fizikası, bərk cisimlər və yarımkeçiricilər elm sahələri üzrə 200-ə yaxın elmi məqalə, tezisin və 1 monoqrafiya, ali məktəb tələbələri üçün 5 dərs vəsaitinin, liseylər üçün 5 metodik vəsaitin müəllifidir. 55 məqaləsi “SCOPUS” və “Web of science” elmmetrik bazalarında indekslənmiş beynəlxalq elmi jurnallarda çap olunub. Elmi əsərlərinə verilən istinad sayı 690, H indeksi 16-dır. . “Advanced Physical Research” və “Caspian Journal of Energy” elmi jurnallarının redaksiya şurasının üzvüdür.

Pedaqoji fəaliyyəti Pedaqoji istiqamətdə "Qloballaşma şəraitində innovativ təhsil modellərinin tətbiqi" adlı elmi-tədqiqat problemi üzərində çalışır. 2011-2016-cı illərdəBakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda ixtisasartırma kursu keçən müdavimlərə fizika və ekologiya fənnindən mühazirələr oxuyub. 2014-cü ildə nüfuzlu "Journal European Applied Sciences" beynəlxalq elmi jurnalında ilk dəfə Azərbaycan təhsil sistemində kurikulum islahatına həsr edilmiş "As about conventional and innovational inheritance in curriculum of natural sciences in the conseption educational standarts and content reforms educational system of Azerbaidjan" adlı məqaləsi çap olunmuşdur. 2016–2019-cu illərdədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika və texnologiya fakültəsinin "Texnologiya və onun tədrisi metodikası" kafedrasının dosenti vəzifəsində çalışıb.

Jurnalist fəaliyyəti 2007–2011-ci illərdə "Şərq" qəzetində müxbir vəzifəsində işləmişdir. 50-dən çox araşdırma məqalənin müəllifidir. Bundan başqa, dövrü mətbu orqanlardan – "Ayna", "Türküstan" qəzetlərində və digər saytlarda "Yusif Alı Avşar" imzası ilə onlarla müxtəlif təyinatlı araşdırma və publisistik yazıları çap olunmuşdur.

29 dekabr 2010-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun elan etdiyi "Elm, təhsil və mədəni-maarif" proqramlarının hazırlanması layihəsi üzrə fərdi jurnalist yazı müsabiqəsində "Qloballaşan dünyada Azərbaycan elmi" adlı tədqiqat yazısı ilə 1-ci yerin qalibi olmuşdur. Səməd Vurğun irsinin, yaradıcılığının təbliğinə və təşfiqinə, şairin zəngin poeziyası haqqında dəyərli araşdırma yazılarına görə Səməd Vurğun Fondu tərəfindən 5 may 2013-cü ildə "Səməd Vurğun mükafat" Diplomu ilə təltif olunmuşdur. 29 mart 2021-ci il tarixdən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Beynəlxalq konfranslarda iştirakı International Conference on Superconductivity and Magnetism (ICSM-2008) / 25–29 August 2008, Side-Antalya, Turkey; XIV Национальная конференция по росту кристаллов (НКРК-2010), Институт Курчатовская, 6–10 декабря 2010 г., Москва, Россия; Advances in Applied Physics and Materials Science (APMAS 2011), 12–15 may 2011, Antalya-Kemer, Turkey; "Инновация, качество образования и развитие" Материалы II международной научной конференции, 7–9 iyun 2012, Bakı, Azərbaycan; "3rd International Conference on Superconductivity and Magnetism – ICSM-2012", 29 April – 4 may 2012, İstanbul, Turkey; Akademik Həsən Əlirza oğlu Əliyevin 105 illik yubileyinə həsr olunmuş "Ekologiya: təbiət və cəmiyyət problemləri" mövzusunda elmi-metodik II Beynəlxalq elmi konfrans, BDU 2012, Bakı, 7–8 noyabr 2012, Bakı, Azərbaycan; Azərbaycan Müəllimlər İnstitutu, "Müəllim hazırlığının müasir problemləri: təhsildə elmi və texnoloji innovasiyalar" II Beynəlxalq Elmi Konfrans, 26–28 noyabr 2012, Bakı, Azərbaycan; XLVII Школа ФГБУ "ПИЯФ" По физике конденсированного состояния ФКС–2013, 11–16 марта 2013 г., Санкт-Петербург, Россия; Международная молодежная научная школа "Современная нейтронография" 28 октября – 01 ноября 2013 г., Дубна, Россия; "Фундаментальные и прикладные вопросы физики", международной конференции, посвященной 70-летию физико-технического институт НПО "Физика-Солнце", АН РУз, 14–15 ноября 2013г., Ташкент, Узбекистан; В рамках IV-го Международного Фестиваля "Мир психологии" IІІ-х Международных Челпановских Психолого-Педагогических чтениях, 19–24 мая 2014 г., Киев, Украина; L Школа ПИЯФ по Физике Конденсированного Состояния ФКС–2016, 14–19 марта 2016, Зеленогорск, Санкт-Петербург, Россия; 7th Rostocker International Conference: "Thermophysical Properties for Technical Thermodynamics" (THERMAM 2018) Institute of Technical Thermodynamics University of Rostock, 26–27 july 2018, Rostock, Germany; The 1st international summer academy, "Improving the efficiency of the university education system and scientific research in the framework of the interaction of national educational systems in the cis countries", 23–27 August 2019, Chisinau, Moldova; Büyük Azerbaycan Şairi Nizami Gencevi Uluslararası Kongresi, 25-29 temmuz 2021, Bursa, Türkiye; 7th International EMI Entrepreneurship & Social Sciences Congress, 20–22 June 2022, Tashkent, Uzbekistan; 8th international EMI Entrepreneurship & Social Sciences Congress, 17–19 november 2022, Aksaray – Cappadocia, Turkey'; 3. Uluslararası Türk Dünyası Stratejik Araştırmalar Kongresi, 15-17 may 2026, Istanbul, Turkiye.

Mükafatları Akademik Həsən Abdullayev adına Diplom-mükafatı (2008) Səməd Vurğun Mükafatı laureatı (2013) Diasporla İş üzrə Dövlət komitəsinin Diplom-Mükafatı (2010) Azərbaycan Respublikası Prezidentinin yanında KİV-ə Dövlət Dəstəyi Fondunun Diplom-Mükafatı (2010)

Təltifləri Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi (Azərbaycan Respublikasının Təhsil nazirinin 29 dekabr 2021-ci il tarixli əmri) "Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)" Azərbaycan Respublikasının yubiley medalı (Azərbaycan Respublikasının Elm və təhsil nazirinin 26 oktyabr 2023-ci il tarixli əmri)

Kitabları Y. İ. Alıyev "Bərk cisimlər fizikası" // Dərs vəsaiti, Bakı: "Elm" nəşriyyatı, 2024, 264 səh.; Y. İ. Alıyev "Gümüş və mis əsaslı xalkogenidlərdə quruluş faza keçidləri" // Monoqrafiya, Bakı, “Elm” nəşriyyatı, 2024, 284 səh.; Q. M. Cəfərov, Y. İ. Alıyev, M. M. Tağıyev "Ümumi fizika kursu üzrə məsələlər (həlli ilə)" // Dərs vəsaiti, Bakı: "İqtisad Universiteti" nəşriyyatı, 2015, 234 səh. S. Q. Abdullayev, Y. İ. Alıyev "Elektrodinamika" // Liseylər üçün metodik vəsait, Bakı: "Elm və təhsil" nəşriyyatı, 2015, 432 səh. S. Q. Abdullayev, Y. İ. Alıyev "Molekulyar fizika" // Liseylər üçün metodik vəsait, Bakı: "Elm və təhsil" nəşriyyatı, 2015, 244 səh. S. Q. Abdullayev, Y. İ. Alıyev "Optika və kvant fizikası" // Liseylər üçün metodik vəsait, Bakı: "Elm və təhsil" nəşriyyatı, 2015, 322 səh. S. Q. Abdullayev, Y. İ. Alıyev "Mexanika" // Liseylər üçün metodik vəsait, Bakı: "Elm və təhsil" nəşriyyatı, 2014, 393 səh. А.Ш. Ахмед-заде, Ю.И.Алыев, Б.Г.Тагиева "Технология модульных уроков" // Təbiət elmləri pedaqoqları üçün vəsait, Bakı: "Mutərcim" nəşriyyatı, 2014, 74 səh. Q. M. Cəfərov, Y. İ. Alıyev "Atom və nüvə fizikası" // Dərs vəsaiti, Gəncə: "Gəncə Poliqrafiya" ASC nəşriyyatı, 2014, 194 səh.; Q. M. Cəfərov, Y. İ. Alıyev "Elektrik və optika" // Dərs vəsaiti, Bakı: "İqtisad Universiteti" nəşriyyatı, 2012, 278 səh.; Q. M. Cəfərov, S. F. Cəfərov, Y. İ. Alıyev "Mexanika və molekuyar fizika" // Dərs vəsaiti, Bakı: "İqtisad Universiteti" nəşriyyatı, 2011, 117 səh.;

Əsas elmi məqalələri