Yenikənd SES (tam adı: Yenikənd su-elektrik stansiyası) — Yenikənd su anbarı üzərində tikilib, Şəmkir SES ilə birlikdə kaskad yaradan su-elektrik stansiyası.

Yenikənd su-elektrik stansiyasının tikilməsi üçün qərar prezident Heydər Əliyev tərəfindən hələ 1979-cu ildə verilmişdi.

Təməli 1984-cü ildə qoyulan "Yenikənd" SES 2000-ci ildə istifadəyə verilib. O zaman hər birinin gücü 37,5 MVt olan 3 hidroaqreqat istismara verilib. 2003-cü ildə dördüncü hidroaqreqat işə qoşulmaqla müəssisənin gücü 150 MVt-yə çatdırılıb. Texniki göstəriciləri 2011-ci il mart ayında “Şəmkir” və “Yenikənd” su elektrik stansiyaları (SES) üzrə 85 milyon kilovat-saat elektrik enerjisi istehsal edilmişdir. Bu, proqnozdan 3 milyon kilovat-saat çoxdur.

2011-ci ilin birinci rübdə SES-lər üzrə 187 milyon kilovat-saat əvəzinə 192,5 milyon kilovat-saat elektrik enerjisi istehsal edilmişdir. Bunun 129 milyon kilovat-saatı “Şəmkir” SES-in payına düşür. Həmçinin bax Yenikənd su anbarı

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan su-elektrik stansiyaları Kateqoriya:Samux Kateqoriya:1984-cü ildə Azərbaycanda yarananlar