İçərişəhər — Bakı şəhərinin tarixi mərkəzi. Xalq arasında həm də "Qala"Е. И. Тамм. Энциклопедия туриста. — Большая Российская энциклопедия, 1993. — С. 174. — 607 с.Сохранилась древняя часть Б. — Ичери- шехер (т. н. крепость, или Внутренний город)… və ya sadəcə "Qədim şəhər" kimi tanınan tarixi məhəllə Bakının ən qədim hissəsi həmçinin tarixi-memarlıq qoruğudur. Bakının ən qədim hissəsiЛеонид Семенович Бретаницкий. Зодчество Азербайджана XII–XV вв. и его место в архитектуре Переднего Востока / Главная редакция восточной литературы. — Наука, 1966.. — С. 401. — 556 с. olan İçərişəhər, yaxşı qorunmuş qala divarları ilə əhatə olunub. 221.000 m² sahəyə malik olan qoruq ərazisində 1300-dən çox ailə yaşayır.

Qoruq ərazisi hələ tunc dövründən məskunlaşmışdır. Arxeoloji tədqiqatlar nəticəsində müəyyənləşdirilmişdir ki, artıq VIII–IX əsrlər ərzində İçərişəhər ərazisi sıx məskunlaşmış, burada sənətkarlıq və ticarət inkişaf etmişdir.Сара Ашурбейли. Государство Ширваншахов / Главная редакция восточной литературы. — Элм, 1983.. — С. 111. — 341 с. Раскопки эти установили плотную заселенность территории Ичери шехер и развитие ремесла и торговли в Баку в VIII–XI вв. XV əsrdə Şirvanşahların öz iqamətgahlarını Şamaxıdan Bakıya köçürməsindən sonra İçərişəhərin həyatında "kristallaşma" dövrü başlamışdır.Л. С. Бретеницкий, Б. В. Веймарн. Искусство Азербайджана IV–XVIII веков. — М., 1976. Стр. 64. В более выгодном положении находился только Баку. Перенесение в него в XV в. из Шемахи резиденции ширваншаха способствовало "кристаллизации" его основного ядра — "старого" города, так называемого Ичери-шехер или "Крепости" 1748–1806-cı illərdə Bakı və onun mərkəzi olan İçərişəhər Bakı xanlığının paytaxtı olmuşdur. 1806-cı illərdə Bakının ruslar tərəfindən işğal edilməsi və neft bumunun yaşanmasından sonra (XIX əsrin sonları XX əsrin əvvəlləri) şəhərin inkişaf və genişləndirilməsi prosesi başlamış, insanlar İçərişəhər divarlarından kənarda da sıx məskunlaşmağa başlamışdır.

İçərişəhərdə yerləşən məşhur memarlıq abidələri Qız qalası və Şirvanşahlar sarayı Azərbaycan memarlığının inciləri hesab edilirlər. Bunlardan başqa qoruq ərazisində onlarla tarixi-memarlıq abidələri – məscidlər, karvansaralar, hamamlar, yaşayış evləri – yerləşir, bir neçə muzey, səfirlik, otel, ticarət obyektləri, kafe və restoranlar fəaliyyət göstərir.

1977-ci ildə İçərişəhər tarix-memarlıq qoruğu elan edilib,Тимур Ханагаоглы. Какие новинки ждут нас в Ичери Шехер? // газета : Неделя. — 4 августа 2011. 2000-ci ildə isə, Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə UNESCO Ümumdünya İrsi siyahısına daxil edilmiş ilk obyektdir.

Yerləşməsi thumb|250px İçərişəhər tarix-memarlıq qoruğu Bakı şəhərinin Səbail rayonu ərazisində, Xəzər dənizi sahilindəki kiçik təpə üzərində yerləşir. Qoruq hündürlüyü 8–10 metr, eni 3,5 metr olan qala divarları ilə əhatə olunmuşdur. İçərişəhərin cənub-şərqindən İstiqlaliyyət küçəsi, şimal-qərbindən isə Neftçilər prospekti keçir, şərqində eyniadlı metro stansiyası yerləşir. İçərişəhərin şərqindən Əziz Əliyev küçəsi keçir, cənub-qərbində isə Vahid parkı yerləşir.

Tarixi

Qədim dövr Bakı, qala divarları və xəndəklərlə əhatə olunmuş qədim tarixi mərkəz ətrafında formalaşmış şəhərlərdəndir. Arxeoloji baxımdan zəif öyrənildiyinə görə, Bakının yaşayış məntəqəsi və şəhər kimi formalaşma tarixi dəqiq bilinmir. Belə hesab edilir ki, insanları bu əraziyə təbii neft və duz ehtiyatı, həmçinin ərazinin dəniz sahilində əlverişli mövqedə yerləşməsi cəlb etmişdir. Arxeoloji qazıntılar zamanı Şirvanşahlar sarayının həyətindən tapılmış e.ə. III–I əsrlərə aid küpə, e.ə. IV–I əsrlərə aid saxsı qab qırıqları, Məhəmməd məscidi ərazisində arxeoloji qazıntılar zamanı tapılmış dəmir ox ucluqları, Dəmir dövrünə aid gil qadın fiquru və antik dövrə aid sütun altlıqları İçərişəhərin şəhər kimi formalaşma dövrünü ən geci antik dövrlə eyniləşdirməyə imkan verir. B.e. I əsrində Bakı artıq kiçik liman şəhəri kimi mövcud idi.Ашурбейли С. А. История города Баку. — Б.: Азернешр, 1992. — 5408 с. — ISBN 5-552-00479-5.

Erkən Orta əsrlər

Sasanilər sülaləsinin hakimiyyəti dövründə mərkəzi Bakı şəhəri olan Abşeron ərazisi Şirvan vilayətinin tərkibində imperiyanın xüsusi vilayətini təşkil edirdi. Ərazinin ərəblər tərəfindən işğal edilməsindən sonra Bakıdan başqa tərkibinə Şamaxı, Dərbənd və başqa şəhərlərin də daxil olduğu Şirvan vilayətinin hakimləri Şirvanşahlar adlandırılmağa başlayırlar. Əl-Bəlazuri, Əl-Məsudi və bir neçə başqa ərəb tarixçiləri məlumat verirlər ki, Xosrov Ənuşirəvan hakimiyyəti dövründə ərazi hakimlərini çağıraraq onlara titullar verdi, titul almış hökmdarlar arasında Şirvanşah adlandırılan Şirvan hakimləri də vardı. Bakının VII–X əsrlər tarixi haqqında yalnız qısa məlumatlar vardır. Məlumdur ki, şəhər şimaldan hücum edən türklərin və rusların hücumlarına məruz qalmışdır. 914-cü ildə Bakı limanına rusların hücumu baş tutmuşdur. Məsudinin verdiyi məlumatda bildirilir ki, ruslar Şirvanşahlar ərazisində neftlə zəngin Bakı ərazisinə gəlmişdilər. Xəzərdə hərbi donanmaya malik olmayan Şirvanşah Əli ibn Heysam ticari və yükdaşıma gəmilərində əsgərləri mübarizəyə göndərməyə məcbur olmuşdu. Məsudinin məlumatına görə rusların bu hücumu nəticəsində minlərlə müsəlman ölmüş və dənizdə batırılmışdır. Bakı və Abşeron sahillərinə yürüşlər sonrakı dövrlərdə də bir neçə dəfə təkrarlanmışdı.

X əsrdə Əl-Müqəddəsi Bakını "bölgənin yeganə limanı" kimi təsvir etsə də, məlumdur ki, VIII–IX əsrlərdə Bakı məşhur dəniz limanı olmamış və ölkənin böyük ticarət mərkəzləri arasında bu şəhərin adı çəkilməmişdir. Bakının digər şəhərlərlə ticarət əlaqələri haqqında arxeoloji tədqiqatlar zamanı şəhər ərazisindən aşkarlanmış Sasanilər (V–VII əsrlər), Abbasilər və Şirvanşahlar dövrlərinə aid çoxsaylı sikkələr xəbər verir. X əsrin sonlarında yaşamış müəlliflər şəhəri artıq məşhur liman kimi qeyd edirlər. Çox da hündür olmayan təpə üzərində yerləşmiş şəhər qala divarları ilə əhatə olunmuşdu. Şirvanşahlar sarayının cənub-şərq fasadı tərəfdə aşkarlanmış orta əsrlər təbəqəsi VIII əsrə aid edilir. İçərişəhərin müxtəlif ərazilərində aşkarlanmış küp qablarda dəfn adəti isə ərazinin hələ VII əsrdən əvvəl artıq yaşayış məntəqəsi olduğunu göstərir. Lakin şəhərin erkən dövrlərinə aid memarlıq abidələri dövrümüzə çatmamışdır.

Şirvanşahların hakimiyyəti left|thumb|280px|Oqtay Sadıqzadə — Şirvanşah I Axsitan Bakı limanında, Azərbaycan Tarix Muzeyi. X–XI əsrlərdə Ərəb Xilafətinin tədricən zəifləməsi və parçalanması ilə, imperiyaya tabe olan ərazilər, o cümlədən Şirvan hakimləri öz ölkələrini müstəqil idarə etməyə başlayırlar. Həmin dövrlərdə zəngin şəhərlər olan Şamaxı və Bakı tez-tez qonşu xalqların yürüşlərinə məruz qalırdılar. 1030-cu ildə Bakıda şəhərə şimaldan hücum edən ruslar və Şirvanşah I Mənuçöhr ibn Yezidin qoşunları arasında toqquşma olmuşdu. Şirvanşahın qoşununu məğlub edən ruslar Araz çayı boyunca irəliləyərək Arranın ən zəngin şəhərlərindən olan Beyləqanı ələ keçirmişdilər. Bir il sonra ruslar yenidən Bakı vasitəsilə Şirvana soxulmuşdular, lakin, Şəddadilər sülaləsindən olan Arran hakimi Musa ibn Fəzl rus ordusu ilə döyüşərək onları Azərbaycandan qovmuşdu.

XI əsrin 40-cı illərində türk-oğuzların Qafqaza yürüşlərini nəzərə alan Şirvanşahlar şəhərlərin qorunmasını təmin etmək üçün müdafiə sisteminin təkmilləşdirilməsinə başladılar. Məhz həmin dövrdə mənbələr oğuzların ilk həmlələri haqqında məlumat verirlər. XI əsrdə güclü imperiya quran oğuz tayfası Səlcuqlular Ön Asiya ölkələrini təhdid etməyə başlayırlar. 1066-cı ildə Qara Təkinin rəhbərlik etdiyi oğuzlar Şirvan və Bakıya hücum edirlər. Qara Təkindən sonra, Şirvana Qaymas və Alp Arslan kimi sərkərdələrin rəhbərliyi ilə oğuzlar daha bir neçə dəfə hücum edirlər. Lakin, Şirvanşahlar həmin dövrdə müstəqilliklərini qoruya bilirlər. Yalnız İraqi-Əcəm və İraqi-Ərəb hakimi Sau-Teginin hakimiyyətə gəlməsindən sonra Şirvanşah Fəribürz səlcuqlulardan vassal asılılığını qəbul etməli olur. XII əsrin II yarısında Atabəy Şəmsəddin Eldəniz Bakı da daxil olmaqla bütün Şirvanı fəth edir. XII əsrin sonlarında Şirvanşahlar müstəqil olsalar da, faktiki olaraq Eldənizlərin təsiri altına düşürlər. 280px|thumbnail|right|Engelbert Kempfer — Bakı, qravür, 1683, İohann Baptist Homannın atlası 1191-ci ildə baş vermiş güclü zəlzələ nəticəsində Şamaxı şəhərinin dağılmasından sonra Şirvanşah I Axsitan iqamətgahını Bakıya köçürür. Şirvanşahların hakimiyyəti dövründə Bakıda çoxlu inşaat işləri həyata keçirilmiş və şəhər inkişaf etdirilmişdir. XII əsrdə qala divarları inşa edilmiş və şəhərin müdəfiə sistemi gücləndirilmişdir. Şəhərin müdafiə sisteminə daxil olan tikililərdən biri də Qız qalası idi. Məlumdur ki, səlcuqlularla mübarizə dövründə Şirvanşahlar Gürcüstan kralları ilə ittifaq yaratmışlar. Gürcü mənbələrində verilən məlumata görə, 1222-ci ildə nikah mərasimində iştirak etmək üçün Böyük Tamaranın oğlu gürcü çarı IV Georgi Laşa Bakıya gəlmişdi. Şirvanın ən zəngin şəhərlərindən biri və Xəzər dənizindəki ən mühüm liman şəhəri kimi Bakı şəhərinin əhəmiyyəti həmin dövrdən etibarən artmağa başlayır. Şirvanşah Axsitan ibn Mənuçöhrə həsr etdiyi qəsidəsində Bakıdan bəhs edən Xaqani Şirvani şəhərin alınmaz qala olduğunu bildirir və onu Xorasanın güclü qala divarları ilə əhatə olunmuş Bəstam şəhəri ilə müqayisə edir. 240px|thumbnail|left|Qriqori Qaqarin — Bakıda xan sarayı, 1847 1220-ci ildə Sərab və Beyləqanı işğal edən monqollar Şamaxını qarət edərək Dərbənd keçidi vasitəsilə Azərbaycanı tərk edirlər. 1231-ci ildə monqolların ikinci yürüşü baş verir və bu yürüşdən sonra Gəncə, Bərdə, Beyləqan, Şabran kimi böyük şəhərlər uzun müddət əvvəlki gücünü bərpa edə bilmirlər. XV əsr Azərbaycan coğrafiyaçısı Bakuvi bildirir ki, monqollar uzun müddət güclü müdafiə olunan Bakını ələ keçirə bilmirlər və şəhər əhalisinin müqaviməti ilə üzləşirlər. Yalnız bütün ölkənin işğalından sonra Bakı təslim olmağa məcbur olur.

1258-ci ildə Çingiz xanın nəvəsi Hülakü xan Bağdadı işğal edərək Abbasilər xilafətinə son qoyur və Hülakülər sülaləsini yaradır. Cucilərin Cənubi Qafqazda hakimiyyətini tanımayan Elxanilər bu əraziləri fəth edirlər və məhz Cənubi Qafqaz uğrunda Elxanilər və Cucilərin hakimiyyətdə olduğu Qızıl Orda dövləti arasında yüz ilə yaxın davam edən müharibələr başlayır. Həmin illərdə iki dövlət arasında sərhədlər gah Dərbənd, gah Bakı yaxınlığından keçmişdir. Şirvanşahlar həmin dövrdə ölkəni monqolların vassalı kimi idarə etmiş və elxanilərin yürüşlərində iştirak etmişlər. Elxanilərin hakimiyyəti dövründə Bakı monqol hökmdarlarının qışlama yeri olmuşdur. 1297-ci ildə qışlama məqsədilə şəhərə Qazan xan gəlmişdi. Odoriko Pordenone Qazan xan haqqında yazır: "Burada (Sultaniyyədə) yay vaxtını keçirən xan, qışda Bakux (Vasis) adlanan başqa bir şəhərə köçür."

XIV əsrin əvvəllərində monqol sülalələrinin süqutundan sonra Şirvanşahlar Elxanilərin ərazilərini ələ keçirməyə çalışan Çobanilər və Cəlairilərlə mübarizə aparmışlar. Şəhərin onların əlinə keçməsini, Bakıda aşkarlanmış 1360-cı ilə aid Sultan Şeyx Üveysin adından kəsilmiş sikkə sübut edir. XIV əsrin sonlarında Toxtamış və Əmir Teymurun adından kəsilmiş sikkələr Şirvanın da onların yürüşlərinə məruz qaldığını göstərir. Şirvanşah I İbrahim Osmanlı sultanı İldırım Bəyazidə qarşı döyüşdə Əmir Teymurun tərəfində iştirak etmiş, 1400-cü ildə Teymurun Suriya yürüşü zamanı onu müşayiət etmiş və Hələbə daxil olmuşdur. Əmir Teymurun ölümündən sonra Şirvan yenidən müstəqilliyini əldə edir. Bütün ölkənin Qara Yusifin hakimiyyəti altında birləşdirilməsi zamanı, Şirvanşah Qaraqoyunlulardan vassal asılılığını qəbul edir, lakin, I İbrahim faktiki olaraq, Şəkidən Dərbəndə kimi geniş Şirvan ərazilərini müstəqil idarə edir.