() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü. Növün latın adı Avtriya zooloqu Eqida Şrayberin şərəfinə (1836–1913) adlandırılıbBeolens, Watkins & Grayson, 2009 : The Eponym Dictionary of Reptiles. Johns Hopkins University Press, p. 238.
İri kərtənkələdir, quyruqsuz uzunluğu 13,5 sm, quyruğunun uzunluğu isə 38 sm təşkil edir. Bu növ parlaq rəngi ilə seçilir. Beli yaşıl olur və üzəri qara noqtələrlə örtülür. Başı və boynu parlaq göy rəngdədir. Dişilər qəhvəyi-yaşıl olur.
Qidasının əsasını cücülər, sürünənlər, bala quşlar və meyvələr təşkil edir. Bu növ qida axtararkən aktiv olur. Martdan sentyabra qədər aktiv həyat sürür. Çütləşmə aprel-may aylarını əhatə edir. İyunda 11–18 yumurta qoyurlar. Ərazilərini qorumasada, bəzi hallarda erkəklər savaşırlar. Erkəklər dişilər arasında çütləşmə bir qayda olaraq uzun çəkir.
Növ Potruqaliya və İspaniyada yayılmışdır. Əsasən 0–2100 arası yüksəkliklərdə rast gəlinir. Əsasən çay və bulaqların qıraqlarında, rütubətli yerlərdə və meşə kənarlarında yaşayır. Cənub arealında yaşayan kərtənkələlər su ilə bağlıdırlar.
Bu növ ətraf mühitün dəyişkənliyinə həsasdır. İsbaniyanın cənubunda bu növün meşə yanğınları səbəbindən tükənmə təhlükəsi vardır. Bir çox yayılma ərazisi qoruq elan edilmişdir. Bu növ II Bern konvensiyasına daxil edilmişdir.
İstinadlar
Ədəbiyyat Edwin N. Arnold & John A. Burton: Pareys Reptilien- und Amphibienführer Europas. Verlag Paul Parey, Hamburg/Berlin 1979. ISBN 3-490-00318-7 Heinz Schröder: Lurche und Kriechtiere in Farben. Otto Maier Verlag, Ravensburg 1973. ISBN 3-473-46116-4
Xarici keçidlər ARKive Paulo Sá-Sousa, Rafael Marquez, Valentin Pérez-Mellado, Iñigo Martínez-Solano 2009. Lacerta schreiberi. In: IUCN 2013
Həmçinin bax
Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Avropa faunası Kateqoriya:1878-ci ildə təsvir edilən sürünənlər Kateqoriya:Avropa sürünənləri