Mirvari kərtənkələsi və ya Bəzənmiş kərtənkələ () — Əsl kərtənkələlər fəsiləsinə daxil olan Timon cinsinə aid növ. Bəzən gözlü kərtənkələ adlandırırlar, bu ad ona zərindəki qara gözə bənzər ləkələrə görə verilmişdir.
İri kərtənkələdir. Ümumi uzunluğu 90 sm, erkəklərdə adətən 55–70 sm, disilərdə isə 45 sm uzunluğu olur. Avropada yaşıyan ən iri sürünənlərdən hesab edilir.
Bu növ kərtənkələ əsasən Pireney yarımadası və Fransanın cənubunda, kiçik arealla İtaliyanın şimal-qərbində yayılmışdır.
Kolluqlar, quru meşələr, həmçinin bağlar və üzümlüklərdə daha çox yayılmışdır. Əsasən Cücülər, kərtənkələlər, ilanlar, gəmiriçilər və quşlarla qidalanır. Bəzi hallarda şirəli giləmeyvələr və üzümlərlə qidalanırlar.
Mətbəxdə istifadəsi İspaniyanın Estremadura ərazisində bu növ kərtənkələdən xüsusi növ yemək hazırlanır. Bu ənənəvi qida lagarto con tomate adlanır. Kərtənkələnin ətli yeri yağda qızardılır sonra isə pamidor və soğanla bişirilir.
İstinadlar
Kateqoriya:Kərtənkələlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Avropa faunası Kateqoriya:Afrika faunası Kateqoriya:Avropa sürünənləri