thumbnail|Krako qəsəbəsi thumbnail|Tərk edilmiş binanın içi Krako ()) — İtaliyanın cənubundakı Bazilikata bölgəsinin Matera vilayətindəki kabus şəhərdir. Təbii fəlakətlər səbəbindən tərk edilən köhnə qəsəbə hazırda məşhur turizm istiqaməti və film çəkilişi məkanıdır. Qəsəbə 2010-cu ildə Dünya Abidələr Fondunun izləmə siyahısına daxil edilmişdir.

Mədəniyyət

Kino Krakonun tərk edilmiş olması və tarixiliyi bir çox filmin çəkilişində istifadə edilməsinə səbəb olmuşdur. Məsələn, Mel Gibsonun 2004-cü ildə çəkdiyi İsanın ehtirasları filmində Yəhudanın asıldığı yer bu qəsəbədə çəkilmişdir. Qəsəbədə çəkilən digər layihələr: La lupa (1953), Alberto Lattuada Christ Stopped at Eboli (1979), Françesko Rosi Three Brothers (1981), Françesko Rosi King David (1985), Bryus Beresford Saving Grace (1986), Robert M. Yanq The Sun Also Shines at Night (1990), Paolo və Vittorio Taviani The Nymph (1996), Lina Vertmüller The Big Question (2004), Françesko Kabras və Alberto Molinari The Nativity Story (2006), Ketrin Hardvik Quantum of Solace (2008), Mark Forster Basilicata coast to coast (2010), Rokko Papaleo Murder in the Dark (2013), Daqen Merril

Televiziya Bruno Korbuççinin rejissoru olduğu italyan teleserialı Classe di ferronun (1989–1991) çəkildiyi yerdir. Luis Fernando Karvalyonun rejissoru olduğu Braziliya serialı O Rei do Gadonun (1996–1997) səhnələri burada çəkilib.

Musiqi Fransız qrupu Ödland Santa Lucia (2011) albomuna daxil olan "Santa Lucia" mahnısının klipini burada çəkmişdir. Alman pianoçu Hauschka Abandoned City (2014) albomundakı "Craco" mahnısını bura haqda yazmışdır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İtaliya şəhərləri Kateqoriya:Kabus şəhərlər Kateqoriya:540-cı illərdə yarananlar Kateqoriya:İtaliya kommunaları Kateqoriya:İtaliyanın görməli yerləri Kateqoriya:Bazilikatanın şəhər və qəsəbələri