Moon Pride (və ya MOON PRIDE) — 30 iyul 2014-cü ildə yayımlanan, Yaponiyanın Momoiro Clover Z qız musiqi qrupunun 12-ci sinqlı.

Haqqında

Sinqlda 2014-cü ildən göstərilməyə başlanılan "Sailor Moon Crystal" cizgi serialının mövzu musiqiləri yer almışdır. ("Moon Pride" açılış mahnısı, "Gekko" bağlanış mahnısıdır.)

"Moon Pride" Sound Horizon orkestrından Revo tərəfindən yazılmış, bəstələnmiş və hazırlanmışdır. Qitara soloları ABŞ rok musiqiçisi Marti Fridman tərəfindən ifa edilmişdir.

Sinqlın yayınlanmış 2 versiyası mövcuddur: "Sailor Moon Edition" və "Momoclo Edition". "Sailor Moon Edition"-nun Blu-ray diski və musiqili videosu mövcuddur. "Momoclo Edition"-nun sadəcə CD formatı mövcuddur, bununla əlavə "Seylor Mun R: Film" filmindən "Moon Revenge" mahnısı əlavə olunmuşdur.

Musiqili video Yasuşi Uemura tərəfindən hazırlanmış, "Sailor Moon Crystal" cizgi serialının direktoru Munehisa Sakai tərəfindən nəzarət edilmiş və Toei Animation tərəfindən canlandırılmışdır. Musiqili videoda "Sailor Moon Crystal" cizgi serialından səhnələr var. Videoda 3 Seylor döyüşçüsünün çevrilməsinə yer verilmişdi: Seylor Mars, Seylor Venera və Seylor Yupiter.

Mahnı siyahısı Sailor Moon Edition (CD+Blu-ray)

Momoclo Edition

Şəxsi

Hit paradlarda

Hit parad (2014) Yüksəldiyiyer Oricon Daily Singles Chart 2 Oricon Weekly Singles Chart 3 Billboard Japan Hot Animation 1

İstinadlar

Xarici keçidlər "Moon Pride" Momoiro Clover Z diskoqrafiyasında Youtube videosu.

Kateqoriya:2014-cü ilin sinqlları Kateqoriya:2014-cü ilin mahnıları Kateqoriya:Sailor Moon Kateqoriya:Yapon dilində mahnılar Kateqoriya:Momoiro Clover Z sinqlları Kateqoriya:Anime mahnıları