Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərindən ibarət silahlı birləşmələri ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsi.

Keçmiş DQMV-də Ermənistan ilə birləşmək istəyən separatçı hərəkatının tələbi 1988-ci ildə nisbətən dinc şəkildə başlasa da, növbəti aylarda SSRİ dövlətinin süqutunun yaxınlaşması səbəbindən fərqli istiqamətdə vüsət alaraq, etnik azərbaycanlılar ilə ermənilər arasında getdikcə böyüyən şiddətli münaqişəyə çevrilmiş və hətta etnik təmizləmə iddialarına səbəb olan qanlı toqquşmalarla müşayiət olunmuşdur. Baş verənlərin fonunda, keçmiş SSRİ respublikaları olan Azərbaycan və Ermənistan 1988-ci ildən başlamaqla Dağlıq Qarabağın yüksəkliklərində uzun və elan edilməmiş müharibə aparırdı.

Azərbaycanın ilk vaxtlarda əsas məqsədi separatçı hərəkatı məhv etmək, Ermənistanın niyyəti isə Azərbaycanın beynəlxalq çərçivədə tanınan ərazilərinin bir hissəsini ilhaq etmək idi. Bu zaman kəsiyində, DQMV-nin yerli parlamenti DQMV-nin Ermənistanla birləşdirilməsinin lehinə səs verib, referendum keçirdi. Dağlıq Qarabağın azərbaycanlı əhalisinin referendumu boykotuna baxmayaraq erməni əsilli seçicilərin əksəriyyəti sözügedən aktın lehinə səs verərək münaqişənin yeni qarşıdurmalar fazasına keçid etməsini sürətləndirdi. Azərbaycandan ayrılmaq haqqında bəyənnamə bu torpaq münaqişəsinin son nəticəsi olmuşdur. Azərbaycan SSR-dən müstəqilliyini elan etdikdən sonra Qarabağ ermənilərinin əksəriyyəti, Azərbaycandan çəkilmək qərarına gəlmiş və qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyini elan etmişlər.

Tərəflər arasında genişmiqyaslı döyüşlər 1992-ci ilin qışında başlamışdır. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) kimi bir neçə təşkilat, tərəflər arasındakı münaqişənin həllinin sonunu gətirmək istəsə də, cəhdlər uğursuz olmuşdur. 1993-cü ilin yazında Ermənistan qüvvələrinin anklavın tərkibində olmayan torpaqları işğal etməsi, regiondakı digər ölkələrin müharibəyə qatılması üçün təhdid yaratmışdır. 1994-cü ildə müharibə başa çatana qədər ermənilər Qarabağın əksər hissəsini demək olar ki, tam nəzarətlərinə keçirib, əlavə olaraq anklavın tərkibində olmayan Azərbaycan torpaqlarının 9%-nə nəzarət edirdilər.De Waal. Black Garden, p. 286.

Münaqişə nəticəsində Azərbaycandan 230.000 erməni, Ermənistan və Qarabağdan isə 800.000 azərbaycanlı məcburi köçkün vəziyyətinə düşmüşdür. 1991–1994-cü illərdə Qarabağda və dövlət sərhədində baş vermiş döyüş əməliyyatlarında 11.557 Azərbaycan hərbçisi şəhid olub. Ən çoxsaylı itkilər 1992–1994-cü illərdə davam edən hərbi əməliyyatlar zamanı baş verib. Erməni qüvvələrinin əsas itkiləri Azərbaycan ordusunun 1992-ci ilin yayında həyata keçirdiyi uğurlu hücum əməliyyatları zamanı qeydə alınıb. Azərbaycan ordusunun itkiləri isə əsasən Ağdam döyüşlərində, habelə 1994-cü ilin qış-yaz aylarında Kəlbəcəri geri almaq üçün təşkil edilmiş hücum əməliyyatlarında baş verib. 1994-cü ilin mayında Rusiyanın dəstəyi ilə atəşkəs əldə olunmuşdur. Daha sonra münaqişənin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsilə həlli üçün ATƏT-in Minsk qrupu yaradılıb.

Tarixi

Dağlıq Qarabağın ərazi mülkiyyəti bu günə qədər hələ ermənilər və azərbaycanlılar arasında kəskin münaqişəyə səbəb olur. Cari münaqişənin kökləri Birinci Dünya müharibəsi hadisələrinə çıxır. Osmanlı İmperiyasının müharibədə məğlubiyyətindən bir az əvvəl, Rusiya imperiyası 1917-ci ilin noyabr ayında çökdü və bolşeviklərin hakimiyyəti altına düşdü. Qafqazın üç xalqı olan azərbaycanlılar, ermənilər və gürcülər, əvvəlcə rusların hakimiyyəti altında Zaqafqaziya Demokratik Federativ Respublikasının yaradılması elan etdilər, lakin onun mövcudluğu cəmi üç ay sonra ləğv olundu.

Azərbaycan-Ermənistan müharibəsi

Tezliklə İlk Ermənistan Respublikası və Azərbaycan Xalq Cümhuriyyəti arasında döyüşlər üç spesifik bölgədə (Naxçıvan Muxtar Respublikası, Zəngəzur və Qarabağ) başladı.

Ermənistan və Azərbaycan bu üç vilayətin sərhədləri üzərində mübahisə aparırdı. Qarabağdakı ermənilərin cəhdlərinə baxmayaraq, onların Ermənistan Respublikası ilə əlaqə yaratmaq cəhdi uğursuz oldu. Birinci Dünya müharibəsində Osmanlı İmperiyasının məğlubiyyətindən sonra, erməni generalı Andranik Ozanyan hərbi uğurlar qazanaraq Qarabağa daxil oldu və 1918-ci il dekabrda bölgənin paytaxtı olan Şuşaya doğru irəlləyirdi. 1919-cu ildə Böyük Britaniya qoşunları Cənubi Qafqazı işğal etdi və Britaniya komandanlığı Ozanyana öz hücumunun dayandırılmasını, münaqişəni Paris Sülh Konfransında həllinə imkan verilməsini təklif etdi. Daha sonra britaniyalılar Azərbaycan dövlət xadimi Xosrov bəy Sultanovu Qarabağın müvəqqəti General-Qubernatoru kimi təsdiq etdi.Ministry of Foreign Affairs of the ROA. Circular by colonel D. I. Shuttleworth of the British Command . Republic of Armenia Archives, File No. 9. Retrieved 2 March 2007. Britaniyalılar Sultanova "bölgədə hər hansı bir iğtişaşın qarşısının alınmasını" əmr etmişdi.Hovannisian, Richard G. (1996), The Republic of Armenia: Vol. III: From London to Sèvres, February–August 1920. Berkeley: University of California Press, p. 152.

Sovet işğalı İki ildən sonra SSRİ 11-ci ordusu Qafqazı işğal etdi və Qafqaz respublikaları hər üçü birlikdə SSRİ-nin Zaqafqaziya SFSR-ini formalaşdı. Bolşeviklər sonra yeddi üzvlük komitə olan Qafqaz Bürosunu (adətən Kavbüro adlanır) yaratdılar. İosif Stalinin rəhbərlik etdiyi, Millətlərin İşləri üzrə Xalq Komissarlığının nəzarəti altında olan Kavbüroya Qafqazda rəhbərlik həvalə olunmuşdu. 1921-ci il iyulun 21-də komitə Qarabağı yeni yaradılmış Ermənistan Sovet Sosialist Respublikasına verilməsinin lehinə 4–3 səs versə də, bir gün sonra Kavbüro qərarını ləğv edib, regionu Azərbaycan SSR-in tərkibində saxlamağa səs verdi.Mutafian, Claude (1994). "Karabagh in the Twentieth Century" in The Caucasian Knot: The History and Geo-Politics of Nagorno-Karabagh. London: Zed Books, p. 136. 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətininin (DQMV) əhalisinin tərkibi 94% erməni idi.Yamskov, A. N. "Ethnic Conflict in the Transcausasus: The Case of Nagorno-Karabakh." Theory and Society, Vol. 20, No. 5, Special Issue on Ethnic Conflict in the Soviet Union October 1991, p. 659. Retrieved 13 February 2007. Regionun inkişafı Azərbaycanın iqtisadi əlaqələri ilə bağlı idi.Christoph Zürcher, The Post-Soviet Wars: Rebellion, Ethnic Conflict, and Nationhood in the Caucasus (New York: New York University Press, 2007), pp 153–154 Həmin ildə vilayətin paytaxtı Şuşadan Xankəndiyə köçürüldü və həmin şəhər daha sonra Stepanakert adlandırıldı.

Ermənistan və Azərbaycan alimləri iddia edirlər ki, bu qərar Sovet İttifaqı tərəfindən "parçala və idarə et" prinsipinin hissəsi idi. Bunu Ermənistandan ayrılmış, lakin Azərbaycanın bir hissəsi olan, Naxçıvan Muxtar Respublikasının qeyri-adi yerləşdirilməsində də görmək olar. Digərləri iddia edirdilər ki, bu xoşməramlı jest Sovet hökuməti tərəfindən "Atatürkün Türkiyəsi ilə yaxşı əlaqələrin" saxlamaq üçün edilmişdi. Sovet hakimiyyəti idarəçiliyi dövründə ermənilər Ermənistanın Dağlıq Qarabağın birləşməsi üçün güclü cəhdlər göstərirdi və Ermənistan Kommunist Partiyasının bəzi üzvləri bu hədəfi yerinə yetirməyi məqsəd qoymuşdu. Ermənistan Kommunist Partiyasının birinci katibi Ağasi Xanciyan, NKVD rəis müavini (və tezliklə rəhbəri) Lavrenti Beriya tərəfindən Ermənistanın Dağlıq Qarabağ və Naxçıvana qayıtmaq sorğusunu Stalinə təqdim etdikdən sonra öldürüldü. Ermənilər israrla qeyd edirdilər ki, onların milli hüquqları sıxılır, mədəni və iqtisadi azadlıqları məhdudlaşdırılırdı.Nadein-Raevski, V. "The Azerbaijani Armenian Conflict" in Ethnicity and Conflict in a Post-Communist World. Rupesinghe, K., King, P., Vorkunova, O. (eds.) New York: St. Martin's Press, 1992, p. 118.

Qarabağ məsələsinin bərpası Sovetlər dövründə istənilən etiraz qətiyyətlə yatırılırdı. Lakin Stalinin ölümündən sonra ermənilərin narazılığı artdı. 1963-cü ildə 2500-ə yaxın Qarabağ erməniləri Qarabağı erməni nəzarəti altında qoymaq və ya Rusiyaya köçürmək üçün ərizə yazmışdı. Həmçinin 1963-cü ildə, 18 erməni ölümü ilə nəticələnən Xankəndidə şiddətli qarşıdurmalar yaşanmışdı. 1965-ci və 1977-ci ildə Ermənistanla Qarabağı birləşdirmək çağırışı ilə İrəvanda böyük nümayişlər keçirilmişdi.Christoph Zürcher, The Post-Soviet Wars: Rebellion, Ethnic Conflict, and Nationhood in the Caucasus (New York: New York University Press, 2007), pp. 154 Sovet İttifaqının yeni baş katibi Mixail Qorbaçov, 1985-ci ildə hakimiyyətə gələn kimi, Sovet sistemində islahatlar siyasətini həyata keçirməyə başladı. Bu siyasət əsas iki tərkib hissədən ibarət idi: perestroyka və qlasnost. Perestroyka daha çox iqtisadi islahatlar ilə əlaqəli olsa da, qlasnost və ya "mərdanəlik" Sovet sisteminin özü və onun liderləri haqqında şikayətlərin ifadə olunmasında Sovet vətəndaşlarına məhdud azadlıq verirdi. 1987-ci ilin payızında bir çox narazı qüvvələr vəziyyətin getdikcə dəyişdiyini hiss etdi. Oktyabrın əvvəlində Yerevanda ekologiyaya həsr olunmuş mitinqdə ilk dəfə olaraq DQMV-nin Ermənistan SSR-ə verilməsi barədə tələb səslənməyə başladı. Yerli mətbuat Azərbaycan rəhbərliyini bölgə iqtisadiyyatını gerilətməkdə, erməni mədəniyyətini sıxışdırılmaqda və Dağlıq Qarabağla Ermənistan arasında ələqələri əngəllətməkdə ittiham etdi. Dağlıq Qarabağ və Ermənistanda muxtar vilayət statusunun dəyişdirilməsi üçün 75 minə yaxın imza toplanmışdı. 1987-ci il dekabrın 1-də yazıçı Zori Balayan başda olmaqla heyət Dağlıq Qarabağın tarixi və müasir durumuna dair imzalar atılmış vərəqələr və 84 sənədi görüş zamanı Politbüro üzvlüyünə namizəd Petr Demiçevə təqdim etmişdir. Moskvanın yeni siyasətindən xeyir güdən QMV Xalq Deputatları Soveti, 1988-ci il fevralın 20-də vilayətin Ermənistana birləşdirilməsi təklifinin lehinə səs verdi. Azərbaycanlı deputatlar səsvermədə iştirak etmədi. 24 fevralda Dağlıq Qarabağ Muxtar Bölgəsi Partiya katibi və Azərbaycan tərəfli Boris Kerkorov qəbul olunmuş qərarın təsdiqlənməsi üçün tələb olunan rəsmi möhürü oğurlamağa cəhd etmişdi. Fevralın 24-də Kevorkov vəzifəsindən kənarlaşdırılaraq yerinə əhali arasında daha populyar olan Qenrix Poqosyan təyin olundu.

Qarabağ erməni liderləri regionda nə erməni dilində dərsliklərin, nə də televiziya yayımın olmamasından şikayət edərək, Azərbaycanın Kommunist Partiyasının baş katibi Heydər Əliyevi regionun geniş "Azərbaycanlaşdırma" cəhdində, Dağlıq Qarabağda yaşayan azərbaycanlıların sayının və təsirinin artırılmasında ittiham etmişdi. Anon. "Кто на стыке интересов? США, Россия и новая реальность на границе с Ираном" (Who is at the turn of interests? US, Russia and new reality on the border with Iran ). Regnum. 4 April 2006. 1988-ci ilə kimi, Qarabağda erməni əhalisi ümumi əhali ilə müqayisədə təxminən 3/4 dəfə azalmışdı. 1988-ci ilin həmin fevral günlərində Sovet rəhbərləri birdən gördülər ki, vəziyyət gərginləşməyə doğru gedir. Kommunist partiyasının daxilində açıq mübarizə gedirdi, Moskva rəhbərliyi üsyançıları vərdiş etdiyi gücün işlədilməsilə yatıra bilməyəcəyi qənaətinə gəldi. Qorbaçovsayağı dözümlülük prinsipini praktikada tətbiq etmiş Politbüro, Azərbaycan kompartiyası liderlərinə elan etdi ki, onlar münaqişəni yatırmaq üçün gücdən yox, yalnız "partiya xəttinə uyğun" inandırmaq kimi metoddan istifadə etməlidir.