Yaşıl qurbağaКузьмин С. Л. Земноводные бывшего СССР. — М.: Товарищество научных изданий КМК, 2012. — 2-е изд. — С. 172. — 370 с. — ISBN 978-5-87317-871-1() — Ağac qurbağaları fəsiləsinə aid növ. Növün latın adı fransız zooloqu Sezar Savininin şərəfinə adlandırılmışdırBeolens B, Watkins M, Grayson M. 2013. The Eponym Dictionary of Amphibians. Exeter, England: Pelagic Publishing Ltd. 262 pp. ISBN 978-1-907807-41-1.

Xarici əlamətləri Uzunluğu 45-50mm-ə çatır. Gözünün altında qara xal yoxdur. Burun dəliklərindən başlayan ağ haşiyəli qara zolaq bədənin yanları ilə axıra qədər uzanaraq bədəni bel və qarın hissəyə ayırır. Şərqi ağac qurbağasından fərqli olaraq qasıq nahiyədə xətt ilgək şəkli əmələ gətirmir. Temperaturdan və fondan asılı olaraq rəngini dəyişir.

Yayılması Şimali-Qərbi Afrikadan Şimali İran və Cənubi Qafqaza qədər Ön Asiyada yayılmışdır. Azərbaycanda qərb, cənub və şərq rayonlarında rast gəlinir. Respublikada ilk dəfə Menetriye tərəfindən 1830-cu ildə Lənkəran ətrafında qeydə alınmışdır.

Biotopu Əsasən arid landşaftlarda olur. Su hövzələrinin yaxınlığında otla örtülü nəm yerlərdə, bağlarda, kolluqlarda yaşayır. Bəzən su hövzələrindən uzaq açıq bitkisiz yerlərdə də rast gəlinir. Oturaq növdür.

Aktivliyi Gizli həyat tərzi keçirir. Günün əksər hissəsini bitkilərin üstündə hərəkətsiz oturur, toranlıq vaxtı ov etməyə başlayır. İlin çox hissəsini fəal olur. Çoxalması: Kürütökmə aprelin sonunda başlayıb bir aya yaxın davam edir. Dişi topa şəklində hissələrlə minə qədər kürü qoyur. Metomorfoz 2,5 aya yaxın davam edir. Cinsi yetkinliyə 3-4 yaşında çatır. Qışlamaya adətən noyabrda gedir. Ağac köklərinin altında, yuvalarda və başqa sığınacaqlarda qışlayır. Mart-aprel ayında qışlamadan oyanır.

Qidalanması Zərərli həşaratları məhv etməklə xeyir verir. Əsasən həşaratlarla və hörümçəklərlə qidalanır. Kürü və çömçəquyruqları göl qurbağası tərəfindən yeyilir. Düşmənləri quşlar və su ilanlarıdır.

Xarici keçidlər Малоазиатская квакша

İstinadlar

Ədəbiyyat Schneider, H. 2001. The distribution of Hyla arborea and H. savignyi (Anura: Hylidae) on the south coast of Turkey. Zoology in the Middle East, 23 (1): 61–69.

Kateqoriya:Ağacqurbağaları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Azərbaycan faunası