Marqarita adası (ispan dilində: Isla Margarita) — Karib dənizinin cənubunda yerləşən ən böyük Venesuela adası. Arxipelaqa daxil olan Koçe və Kubaqya adaları ilə birlikdə venesuelanın Hueva-Esparto (Yeni Sparta) adlanan vahid ada əyalətinin tərkibinə daxildir. Adanın ümumi sahəsi 1071 km².-dir.

Əhalisi 490 min nəfərdir (2011).

Coğrafiyası Marqarita adası — Venesuela Respublikasına daxil olan ən böyük adadır, bir-birindən 18 km uzunliğunda uzunsov qumluq sahə ilə ayrılan iki dağ massivindən ibarətdir. Ada materikdən 22 km. enində boğazla ayrılır. Adanın uzunluğu 69,2 km, maksimum eni 34,6 km.-dir. Adanın iqlimi — 24 və 37°S dərəcə arasında dəyişən quru tropik iqlimdir.

Tarixi Ada 1498-ci ildə Xristofor Kolumb tərəfindən kəşf edilmiş və Avstriya şahzadəsi Marqaritanın şərəfinə adlandırılmış və İspaniya müstəmləkələrinin tərkibinə daxil edilmişdir. 1814-cü ildə ada sakinləri müstəqillik uğrunda mübarizəyə başlamış və ilk dəfə Simon Bolivarın başçılığı ilə istiqlaliyyət qazanmışlar.

Qalereya

İstinadlar

Xarici keçidlər Официальный сайт администрации штата Нуэва-Эспарта

Kateqoriya:Venesuela adaları Kateqoriya:Karib dənizi adaları