Külmə () — Çəkilər fəsiləsinə aid cins. Bu cinsə aid balıq növlərinin böyük əksəriyyəti Aralıq dənizi akvatoriyasında yayılmışdır. Azərbaycan ərazisində bir çox növləri yayılmışdır. Bir necəsi isə endemikdir. Udlaq dişləri bir sırada yerləşir, sayı 6-5 və 5-5 və ya 5-4 olur. Öndəki dişlərin tacı konus şəkildə, arxadakl dişlərin ucu kəsik olur,bəzən dişlərin üzərində qırışıqlar aydın görünür. Pulcuqlar iri və ya orta böyüklükdə olub, sıx yerləşir. Yan xətdə 33-67 pulcuq olur. Qəlsəmə dişcikləri qısa və seyrəkdir. Ağzı aypara şəklindədir.Bel üzgəci qarın üzgəclərinin əsasının üstündən başlayır,şüalarının sayı III 7-11 (12) olur. Anal üzgəci bel üzgəcinin əsasının gerisindən başlayır. Periton pərdəsi açıq rəngli, bəzən tünd rəngli olur. Bağırsaq kanalı qısadır. Növləri Bu cinsə 28 balıq növü daxil edilmişdir.
Pseudophoxinus alii Küçük, 2007 Pseudophoxinus anatolicus (Hankó, 1925) Pseudophoxinus antalyae Bogutskaya, 1992 Pseudophoxinus atropatenus (Derjavin, 1937) (Şirvan külməsi) Pseudophoxinus battalgili Bogutskaya, 1997 Pseudophoxinus burduricus Küçük, Gülle, Güçlü, Çiftçi & Erdoğan, 2013 Pseudophoxinus callensis (Guichenot, 1850) Pseudophoxinus crassus (Ladiges, 1960) Pseudophoxinus drusensis (Pellegrin, 1933) Pseudophoxinus egridiri (M. S. Karaman, 1972) Pseudophoxinus elizavetae Bogutskaya, Küçük & Atalay, 2006 Pseudophoxinus evliyae Freyhof & Özuluğ, 2010 Pseudophoxinus fahrettini Freyhof & Özuluğ, 2010 Pseudophoxinus firati Bogutskaya, Küçük & Atalay, 2006 Pseudophoxinus handlirschi (Pietschmann, 1933) (Ciçek) Pseudophoxinus hasani Krupp, 1992 Pseudophoxinus hittitorum Freyhof & Özuluğ, 2010 Pseudophoxinus kervillei (Pellegrin, 1911) Pseudophoxinus libani (Lortet, 1883) Pseudophoxinus maeandri (Ladiges, 1960) Pseudophoxinus maeandricus (Ladiges, 1960) Pseudophoxinus ninae Freyhof & Özuluğ, 2006 Pseudophoxinus punicus (Pellegrin, 1920) Pseudophoxinus sojuchbulagi (Abdurakhmanov, 1950)(Soyuqbulaq külməsi) Pseudophoxinus syriacus (Lortet, 1883) Pseudophoxinus turani Küçük & Güçlü, 2014 Pseudophoxinus zekayi Bogutskaya, Küçük & Atalay, 2006 Pseudophoxinus zeregi (Heckel, 1843)
İstinadlar
Ədəbiyyat Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, səh 95. Abbasov H.S ,Hacıyev R.V.İxtiologiya. Bakı,2007
Həmçinin bax