Dəmir adam () — Marvel Comics tərəfindən yaradılmış eyniadlı personajdan bəhs edən və 2008-ci ildə çəkilən Marvel Studios istehsalı super qəhrəman və fantastika filmi. "Dəmir adam" filmi Marvel Kinematoqrafiya Kainatının ilk filmidir. Filmin rejissoru Con Favro, ssenaristləri Mark Ferqu, Havk Ostbi, Art Markum və Mett Holloveydır. Filmin baş rollarında Robert Dauni, Terrens Hovard, Ceff Brices, Şon Toub və Qvinet Peltrou çıxış edir. Filmdə məşhur iş adamı və mühəndis Toni Starkın Dəmir adam zirehini hazırlaması və Dəmir adam adını alaraq superqəhrəman olmasından bəhs olunur.

Filmin çəkilməsi məsələsi 1990-cı ildən başlayaraq müxtəlif vaxtlarda Universal Pictures, 20th Century Fox və New Line Cinema tərəfindən gündəmə gətirilib. 2006-cı ildə Marvel Studios Dəmir adam haqqında filmin çəkilməsi hüquqlarına sahib olub. Marvel Studios filmin istehsalı ilə məşğul olub, Paramount Pictures isə filmin distribütori olub. Filmin rejissoru Con Favro seçilib. O, filmin yetərincə naturalist alınması və filmi Nyu Yorkda çəkilən bir çox super qəhrəman filmindən fərqləndirmək üçün əsas çəkiliş yeri kimi ABŞ-nin şərq sahillərini deyil, Kaliforniyanı seçib. Filmdə oynayan aktyorlar öz xüsusi dialoqları yaratmaqda azad idilər, çünki hazırlıq işlərində əsas diqqət süjetə və hekayəyə yönəlmişdi. Filmdə istifadə olunan kauçuk və metal Dəmir adam zirehləri Stenli Vinston kompaniyası tərəfindən hazırlanıb və zirehin daha effektli görsənməsi üçün CGI kompüter qrafikindən istifadə olunub.

"Dəmir adam" filminin premyerası 2008-ci ilin 14 aprelində Avstraliyanın Sidney şəhərində baş tutub. 2 may 2008-ci ildə isə kinoteatrlarda film göstərilməyə başlayıb. Film tənqidçilərdən müsbət rəy alıb. Filmin büdcəsi 140 $ ABŞ dolları olsa da, əldə olunan gəlir 585 $ ABŞ dolları olub. Robert Dauni isə oynadığı Toni Stark rolu ilə böyük diqqət toplamışdır. Amerika Film İnsitututu "Dəmir adam" filmini 2008-ci ilin ən yaxşı 10 filmindən biri kimi göstərib. Filmin davam filmləri olan "Dəmir adam 2" 7 may 2010-cu ildə, "Dəmir adam 3" 3 may 2013-cü ildə ekrana buraxılıb.

Məzmun

Dahi, milyoner, pleyboy və atasından Stark Industries şirkətinin idarəsini alan Toni Stark dostu leytenant-polkovnik Ceyms Rouds ilə birlikdə düzəltdiyi "İerixon" raketlərini nümayiş etdirmək üçün Əfqanıstana səyahət edir. Əfqanıstanda çölün ortasından keçərkən terrorçular onun da olduğu nəqliyyat karvanına hücum edirlər və Toni öz şirkətinin istehsalı olan raketlərin biri tərəfindən yaralanır. On Halqa adlı bu terrorçu qruplaşma Tonini ələ keçirib bir mağaraya aparırlar. Onunla birlikdə mağarada dustaq olan alim Yinsen onun ürəyinə doğru irəliləyən şrapnel parçalarını dayandırmaq üçün sinəsinə elektromaqnit mexanizm yerləşdirir. On Halqanın lideri Raza Toni Starka onlara "İerixon" raketini düzəldəcəyi halda azadlıq təklif edir. Toni və Yinsen bu təklifi qəbul edir, amma Razanın sözünün üstündə durmayacağını bilirlər.

Stark və Yinsen gizli şəkildə qaçmaq planı qururlar. Stark həbsxanadan qaçmaq üçün dəmir zireh hazırlamaq qərarına gəlir. Əvvəlcə özü üçün yeni reaktor hazırlayır. Zireh demək olar ki, hazır olduğu bir vaxtda On Halqa onların məqsədini anlayır. Yinsen Stark zirehi geyinənə qədər terrorçuların fikrini yayındırmaq üçün özünü qurban verir. Stark hazırladığı zirehi geyinib terrorçuları məğlub edir, onların silah-sursatlarını məhv edir və mağaradan qaçır. Uçaraq bir səhraya düşür və zirehi parçalanır. Onu uzun müddət axtaran dostu Ceyms Rouds tapıb xilas edir və evə gətirir. Geri qayıdan Stark ictimaiyyətə şirkətinin bir daha silah istehsal etməyəcəyini bildirir. Starkın atasının keçmiş həmkarı və şirkətin meneceri Obadaya Steyn Starka bu qərarının şirkəti və atasının irsini məhv edəcəyini deyir. Stark evində zirehinin daha təkmilləşdirilmiş və gücləndirilmiş versiyasını hazırlayır. Mağarada istifadə etdiyi reaktoru sinəsindən çıxarıb daha güclü reaktor taxır. Starkın şəxsi katibəsi Pepper Pots köhnə reaktordan suvenir hazırlayıb və[ Starka hədiyyə edir. Steyn onun bu layihəsi haqqında məlumat istəyir, lakin Stark hər şeyi gizli saxlayır.

Bir xeyriyyə mərasiminə qatılan Stark müxbir Kristina Everhartdan son dövrlərdə şirkətinin istehsal etdiyi silahların On Halqaya göndərildiyini və silahlardan Yinsenin vətəni olan Qulmiraya hücum etmək məqsədi ilə istifadə olunduğunu öyrənir. Stark onu da öyrənir ki, Steyn şirkətin başına keçmək istəyir. Bundan hiddətlənən Stark yeni zirehini geyinərək Yinsenin vətəni Əfqanıstana uçur və onun kəndini xilas edir. ABŞ-yə qayıdarkən ABŞ ordusuna məxsus iki F-22 Raptor tipli qırıcı təyyarə ona atəş açır. Qırıcı təyyarələr ona atəş açarkən Stark telefonla Roudsa atəş açdıqları hədəfin o olduğunu deyir. Bununla yanaşı, On Halqa Starkın zirehinin prototipinin səhradakı qalıqlarını tapır. Raza Steyn ilə görüş təşkil edir, lakin Steyn onu və qrupunu öldürüb zirehi ələ keçirir. Steyn bu qalıqlardan yeni zireh düzəltdirir. On Halqaya göndərilən digər silahlar haqqında məlumat almaq üçün Stark Pepper Potsu Steynin ofisinə göndərir və ondan şirkətin kompüter sistemini qırmasını istəyir. Pepper kəşf edir ki, Steyn On Halqanı silahla təchiz etmiş, onlara Starkı öldürməyi əmr etmiş, lakin sonra onlara xəyanət etmişdir. Pepper Steynin bu fəaliyyəti haqqında məlumat vermək üçün SHIELD cəsusu Fil Kolson ilə görüşür.

Steynin alimləri Starkın düzəldə bildiyi reaktordan düzəldə bilmirlər. Buna görə Steyn Starkın evinə gedib onun sinəsindən reaktorunu götürür. Stark az qala öləcəkkən suvenir kimi saxladığı köhnə reaktor sayəsində sağ qalır. Potts və SHIELD cəsusları Steyni yaxalamaq üçün hərəkətə keçirlər, lakin Steyn yeni zirehini geyinərək onlara hücum edir. Stark onunla döyüşür, amma köhnə reaktor onun yeni zirehinin tam gücdə işləməsinə mane olur. Stark onu şirkət binasının təpəsində tələyə salır və Pottsa oradakı böyük reaktoru həddən artıq yükləməyi əmr edir. Yaranan böyük elektrik dalğası Steynin zirehini məhv edir və o ölür. Növbəti gün Toni Stark mətbuat konfransında "Dəmir adam" olduğunu təsdiqləyir.

Post-kredit səhnəsində SHIELD direktoru Nik Furi Starkın evinə gedir və ona Dəmir adamın "dünyadakı yeganə super qəhrəman olmadığını" deyir, onunla "Qisasçılar" təşəbbüsü haqqında müzakirə aparmaq istəyir.

Rollarda thumb|upright|Dauni 2007-ci ildə San Diego Comic-Con International-da film haqqında danışarkən. Robert Dauni Toni Stark / Dəmir adam rolunda. Milyoner, biznesmen, dahi ixtiraçı və pleyboy Toni Stark Stark Industries şirkətinin CEO-su və ABŞ ordusunun əsas silah təminatçısıdır. Filmin rejissoru Favro rol üçün yeni sima seçmək istəyib, sonda komiks seriyasının fanatı olan Robert Daunini seçmişdir, çünki o, aktyorun keçmişini hiss edib və bu, onu Daunini rol üçün seçməyə məcbur etmişdir: "Robertin həyatının ən pis və ən yaxşı məqamları ictimaiyyətdə görünüb. O, daxili sabitlik tapa bilərək karyerasındakı çətinliklərə qalib gələ bilib. Bu Toni Starkdır." Favro hiss etmişdi ki, Tonini "rəğbətli axmaq", amma həmçinin hekayəni həyacanverici təsvir edə biləcək. Robert Dauni filmin çəkiliş heyətində yer aldıqdan sonra ssenaridə bəzi dəyişikliklər edib. O, filmə ssenarinin əvvəlki versiyalarında öz əksini tapmayan ciddi yumor qavrayışını gətirmişdi.

thumb|upright|Hovard rolunu oynamaq üçün F-16 uçuş simulyatoruna minir. Terrens Hovard Leytenat-polkovnik Ceyms "Rodi" Rouds rolunda. Toni Starkın dostu olan Ceyms Rouds Toninin şirkəti ilə ABŞ Hava Donanması arasında əlaqələrə nəzarət edir. Favro bu rol üçün Terrensi seçmişdi, çünki düşünmüşdü ki, filmin davam filmində o, Müharibə maşını rolunu oynaya biləcək. Terrens bu rola hazırlaşmaq üçün ilk öncə 2007-ci ilin 16 martında Nils Hava Bazasını ziyarət edib, burada pilotlarla yemək yeyib, HH-60 Pave Havk və F-22 Raptors qırıcı təyyarələrini izləyib. Rouds personajı komiksdə Toni Stark ilə qarşılaşdıqdan sonra bir az "dəcəl" olsa da, Rouds Toni Starkın macəralarının yararlı olub-olmamasına əmin deyil. Hovard deyir: "Rouds tamamilə Toni Starkın yaşadığı həyattadan diksinmişdir, lakin bir nöqtədə ağlına batmışdı ki, bəlkə bu başqa yol ola bilər. Kimin həyatı doğru yol üzərində qurulub: ciddi hərb həyatı yoxsa müstəqil həyat?". Terrens Hovard və atası Dəmir adam seriyasının fanatları idilər, çünki Hovard uşaq ikən Dəmir adam seriyalarında yer alan Ceyms Rouds (Müharibə maşını) personajı azsaylı qaradərili superqəhrəmanlardan biri idi. O, həmçinin "Sirli elm" filmindən sonra Robert Dauninin də fanatına çevrilmişdi: hər ikisi də filmin çəkilişlərində iştirak ediblər. Ceff Brices Obadaya Steyn rolunda. Starkın uzun müddət özünə dost bildiyi, amma daha sonra şirkəti ələ keçirmək üçün özünə zireh düzəldib Toni ilə döyüşən Obadaya filmin mənfi personajıdır. Brices Dəmir adam seriyasını uşaq yaşlarından oxuyub, Favronun realistik və müasir yanaşmasını bəyənib. Brices bu rolu oynamaq üçün saçını kəsib, hətta saqqal buraxıb. Brices Google-də Avriya kitabı () haqqında axtarış apardıqda təəccüblənmişdir: bu kitabda qiyamət əsas mövzu idi və bu, bir növ Obadaya Steyn personajını təcəssüm etdirirdi. Filmdə əsas diqqəti Stark personajında saxlamaq üçün Bricesin çəkildiyi bir çox epizod kəsildi. Şon Toub Yinsen rolunda. Yinsen Stark əsir ikən onun sinəsinə elektromaqnit mexanizm yerləşdirib həyatını xilas edib, ona ilk Dəmir adam zirehinin hazırlanmasında kömək edib. Qvinet Peltrou Virciniya "Pepper" Potts rolunda. Pepper Potts Toni Starkın şəxsi katibəsi və sevgilisidir. Peltrou Marvel Comics-dən xahiş etmişdi ki, personajı dərindən analiz etmək üçün ona komikslər göndərsinlər. Peltrou personajı ağıllı və məntiqli hesab etmişdi. Aktrisa bir dəfə demişdi ki, o, filmdə "açıq-aydın olmayan seksual faktlar"ı sevir. Favro Potts ilə Toni Stark arasındakı münasibətləri 1940-cı illərin komediyası ilə sintez etmək istəmişdi.

Bundan əlavə, Faran Tair On Halqanın lideri Raza rolunda, Lesli Bibb "Vanity Fair" müxbiri Kristina Everhart və Klark Qreqq SHIELD cəsusu Fil Kolson rolunda çıxış edib. Pol Bettani isə Stark tərəfindən yaradılmış JARVIS adlı süni intellekti səsləndirib. Uil Liman açılış səhnəsində kadr arxası səslərlə məşğul olub. Post-kredits səhnəsində SHIELD direktoru Nik Furini Samuel Leroy Cekson canlandırıb. Bundan başqa Sten Li Starkın tədbirində Hyu Hefner, Con Favro Starkın cangüdəni Heppi Hoqan, film üçün gitara musiqisi də bəstələyən Tom Morello terrorçu və Cim Kreymer özü kimi filmdə görünüblər. Qostfeys Killanın Starkın Dubayda olduğu qısa səhnədə yer alsa da, bu səhnə daha sonra kəsilib.

İstehsal

İstehsaldan öncəki dövr