Solomon məbədi () və ya İlk məbəd (: Beyt HaMikdaş) — Qədim Yerusəlimdə mövcud olmuş yəhudi məbədi. E.ə. 587-ci ildə Yerusəlimin mühasirəsindən sonra məbəd, Babil imperatoru II Navuxodonosorun göstərişi ilə dağıdılmış, e.ə. VI əsrdə isə onun yerində İkinci məbəd inşa edilmişdir.
Yəhudi Bibliyasında qeyd edilir ki, İsrail krallığının hökmdarı Solomonun hakimiyyəti dövründə inşa edilmiş məbəd İudeya krallığı dövründə Yahveyə ithaf edilmiş və burada Əhd Sandığı saxlanılmışdır. Yəhudi tarixçi İosif Flavi qeyd edir ki, "məbəd, inşa edildikdən 470 il, 6 ay və 10 gün sonra yandırılmışdır"Josephus, Jew. Ant. 10.8.5, ravvin mənbələrindən Seder Olam Rabbah salnaməsində isə İlk məbədin e.ə. 832-ci ildə inşa edilməsi və e.ə 422-ci ildə dağılması bildirilir ki, bu da dini olmayan mənbələrdən 165 il sonra deməkdir.
Yerusəlimdəki dini həssaslıqlar və siyasi qeyri-stabilliyə görə Məbəd dağı ərazisində yalnız məhdud miqdarda arxeoloji tədqiqatlar aparılmışdır. Müasir dövrdə isə Məbəd dağında heç bir arxeoloji tədqiqat aprılmamışdır. Buna görə də, Solomon məbədi ilə bağlı cüzi arxeoloji məlumat vardır. Fil sümüyündən hazırlanmış və üzərində məbəd xadimlərinin qeyd edildiyi nar fiquru, həmçinin məbədin İudeya çarı İoasın dövründə bərpa edilməsini qeyd edən İoas kitabəsi isə əntiq əşyalar bazarında satılsa da, onların həqiqiliyi şübhə altına alınmış və mübahisə mövzusuna çevrilmişdir.
Tanaxda 200px|thumb|left|Ceyms Tissot — Solomon Yerusəlim məbədinin ithaf mərasimində, 1896–1902, Yəhudi muzeyi. İlk məbəd haqqında əsas məlumat mənbəsi Tanaxdır. Bibliya mənbələrinin məlumatına görə məbədin inşasına birləşmiş İsrail və İudeya krallığının hökmdarı Solomonun hakimiyyəti dövründə inşa edilmişdir. Bibliyada qeyd edilir ki, Tir hökmdarı I Böyük Hiram yerusəlimli tərəfdaşı Solomona kömək etmək üçün memarlar, işçilər və sidr ağacı yonucularını bir araya toplamışdır. O, həm də Qırmızı dəniz ekspedisiyasının təşkil edilməsində Solomona kömək etmişdir. 1 Krallar 6:1-də qeyd edilir ki, məbədin inşasına "Solomonun İsrail üzərində hakimiyyətinin dördüncü ilində başlanılmışdır." Adətən Solomonun hakimiyyət dövrü kimi e.ə. 970–931-ci illər qəbul edilir. Buna əsasən də məbədin inşası e.ə. X əsrin ortalarına aid edilir. Şmid və Rupperxt inanırlar ki, ievuseylər və israilliləri birləşdirmək istəyən Solomon, məbədin inşa yeri kimi qədim İevusey məbədinin yerini seçmişdi. Krallar 9:10-da qeyd edilir ki, məbəd və kral sarayının inşasına Solomon hakimiyyətinin iyirmi ilini sərf etmişdir. Məbəd binasının inşası yeddi ilə tamamlanmışdı. Birləşmiş krallıq dövründə məbəd İsrail tanrısı Yahveyə həsr edilmiş və burada Əhd sandığı yerləşdirilmişdir. Ravvin mənbələrində qeyd edilir ki, İlk məbəd 410 il fəaliyyət göstərmiş, II əsrə aid Seder Olan Rabbah adlı salnamədə isə onun inşasının e.ə. 832-ci ildə tamamlanması və e.ə. 422-ci ildə (3338 AM) dağıdılması göstərilir ki, bu da dünyəvi mənbələrin göstərdiyi tarixdən 165 il sonradır.
Məbədin dəqiq yerləşmə məkanı naməlumdur: buna baxmayaraq, onun I əsrdə onun yerində İkinci məbədin inşa edilməsi, müasir dövrdə isə onun Məbəd dağındakı yerində Qübbətüs-Səhranın yerləşməsi ehtimal olunur.
Tanaxda verilən məlumata görə, məbəd, İsrail kralı İexoniyanın hakimiyyəti dövründə, e.ə. 598-ci ildə (2 Krallar 24:13) Yeni Babilistan imperiyasının kralı II Navuxodonosorun Yerusəlimə hücumu zamanı babillilər tərəfindən qarət edilmişdir. On il sonra, Navuxodonosor yenidən Yerusəlimi mühasirəyə almış, 30 ay davam edən mühasirəsən sonra e.ə. 587-ci ildə şəhər divarlarını nəhayət ki, keçməyə müvafiq olan babililər məbədi, o cümlədən şəhərin böyük bir hissəsini yandıraraq dağıtmışlar (2 Krallar 25). Yəhudi ənənəsinə görə, məbəd, Av ayının doqquzuncu günündə (Yəhudi təqvimi ilə) dağıdılmşdır ki, bu da Tişa B’Av ümummilli matəm günü kimi bu günə qədər qeyd edilir.
Memari təsviri Solomon məbədi Finikiya dizaynına malik olmuşdur və ən yaxşı Finikiya məbədləri kimi göründüyü təsvir edilir.Finkelşteyn The Bible Unearthed adlı əsərində qeyd edir ki, məbədin təsviri dövrümüzə çatmış Finikiya məbədlərinin təsviri ilə çox oxşar olduğuna görə ilk məbədin finikiyalıların məbədlərinə oşar olması iddiası inandırıcı səslənir. Binanın bərpa layihələri onun Tanaxdakı detallı təsvirinə əsaslanmışdır. Təsvirlərin müəllifi olan yazarlar memar və ya mühəndis olmadıqlarına görə, texniki detallar yoxdur. Buna baxmayaraq, binanın təsvirləri onun müasir replikalarının yaradılması və başqa bənzər məbədlərin inşasına təsir göstərmişdir.
Müqəddəslərin müqəddəsi Binanın Müqəddəslərin müqəddəsi və ya ivritcə Kodeş haKodaşim (1 Krallar 6:19; 8:6) kimi tanınan mərkəzi hissəsi həm də "Daxili ev" adlandırılmaqla 20 kubit en, uzun və hündürlüyə malik olmuşdur. Onun hündürlüyünün məbədin 30 kubit olan hündürlüyünə uyğun olmaması isə, adətən, bir çox qədim məbədlər kimi bu məbədin də çella hissəsinin qaldırılmış olması ilə izah edilir. Məbədin döşəmə və tavanı sukeçirməz Livan sidrindən hazırlanmışdı (1 Krallar 6:16); divarları və döşəməsi qızılla üzlənmişdi ki, buna da 600 talent və ya 20 ton qızıl sərf edilmişdir. Onun içərisində hər biri 10 kubit hündürlüyə malik olan iki xeruvim heykəli vardı; heykəllər qanadlarını 10 kubit genişliyində açmıdılar, buna görə də onlar yanaşı dayandıqda qanadları divarlara dirənirdi. Onların arasında iki taylı qapı və qızıla çəkilmiş Müqəddəs yer yerləşirdi (2 Salnamələr 4:22); həmçinin, txelet (mavi), bənövşəyi və al qırmızı rənglərlə rənglənmiş kətandan hazırlanmış rübənd asılmışdı (2 Salnamələr 3:14; müqayisə et Çıxış 26:33). Binanın pəncərələri olmamışdır (1 Krallar 8:12) və Tanrının "adının" yaşadığı yer hesab edilmişdir.
Kodeş haKodaşim Əhd sandığının qəbulu və saxlanması üçün inşa edilmişdi (1 Krallar 6:19); məbədin ithaf mərasiminin keçirilməsindən sonra orijinal on qüsurlu hərəkətin yazıldığı iki daş tabletin saxlandığı sandıq xeruvim heykəlinin altında yerləşdirilmişdir (1 Krallar 8:6).
Müqəddəs yer Müqəddəs yer (1 Krallar 8:8–10) və ya Hekal, həm də "Böyük ev" (2 Salnamələr 3:5) və "Məbəd" (1 Krallar 6:17) adlandırılır; söz həm də "yer" anlamını ifadə edir; bina Müqəddəslərin müqəddəsi adlı yerlə eyni en və hündürlüyə malik olsa da, 40 kubit uzunluğa malik idi. Bu binanın divarları üzərində xeruvimlər, palma ağacları və açılmış çiçəklər oyulmuş sidr ağacı lövhələri ilə üzlənmiş və qızıla çəkilmişdi. Qızıl zəncirlər Müqəddəs yerin Müqəddəslərin müqəddəsindən uzaqlığını vurğulayırdı. Məbədin döşəməsi fir ağacından döşənmiş və qızıla çəkilmişdi. Zeytun ağacından hazırlanmış qapı çərçivələri fir ağacından hazırlanmış qapı taylarını saxlayırdı. Qapı taylarının hər birincə xeruvimlər, palma ağacları və güllər oyulmuş, qapılar qızıla çəkilmişdi (1 Krallar 6:15).
Etimologiya Yəhudi isimi Hekal () klassik ivritcə "geniş bina" anlamına gəlir. Bu söz həm Yerusəlim məbədinin əsas binasını, həm də Samariya kralı Ahabın sarayını və ya Babil kralının sarayını ifadə edə bilərdi.
Yəhudi Bibliyasının Masoret mətnində Hekal sözü 80 dəfə istifadə olunur. Bunlardan 7 dəfə söz "Rəbbin evi" (, beyt Yahve) anlamında, 10 dəfə isə hökmdar sarayı anlamında istifadə olunur. Yəhudi Bibliyasında tabernaklın hansısa hissəsi üçün bu adın istifadə olunması haqqında məlumat yoxdur.
Memarlıqda istifadəsi Kral Ceyms versiyası da daxil olmaqla, Bibliyanın qədim versiyalarında Hekal sözü "məbəd" kimi tərcümə edilir. Müasir tərcümələrdə isə arxeologiyanın uğurları nəzərə alınmaqla, məbədin ayrı-ayrı hissələrinə daha çox fikir verilir. Əksər alimlər və arxeoloqlar Solomon məbədinin 1 Krallar 6:3–5-də verilən təsviri ilə razılaşaraq onun əsas bina – hekal (indi ingilis dilli mənbələrdə – ziyarətgah kimi də tərcümə edirlər), devir – daxili ziyarətgah və nəhayət Müqəddəslərin müqəddəsindən ibarət olmasını qeyd edirlər.Peter Schäfer The Origins of Jewish Mysticism. 2011. p. 59: "Scholars have long observed that this three-part structure resembles the structure of Solomon's Temple as described in 1 Kings 6:3, 5: the hekhal (sanctuary), the devir (inner sanctuary) or qodesh ha-qodashim (Holy of Holies)…"
Əsas bina qurbanvermə ayinlərinin keçirildiyi xarici altar və binanın digər küncündə yerləşən, içərisində Əhd sandığı saxlanan Müqəddəslərin müqəddəsi binası arasında saxlanılırdı. Hekal binasında çoxlu sayda ritual əşyaları, o cümlədən yeddi qollu şamdan, daxili altar (qızıl altar) və leşem hapanim saxlanırdı.
Məbədin memarlıq xüsusiyyətləri sonradan, Əşkinazi Sinaqoq gəmisini Səfərad sinaqoqlarında əvəz edən hekalın quruluşunda istifadə edilmişdir.Meir Ben-Dov, The Golden Age: Synagogues of Spain in History and Architecture, 2009: "Among Ashkenazic Jewry, even though these two were the main foci of the synagogue, the terms used for them were different. The hekhal (literally, "the Temple") was known as the aron ha-kodesh (literally, …"
Eyvan Eyvan və ya Ulam binanın şərqində Məbəddən öndə yerləşən girişdir (1 Krallar 6:3; 2 Salnamələr 3:4; 9:7). Eyvan 20 kubit uzunluğa (Məbədin eninə uyğun olaraq) 10 kubit dərinliyə (1 Krallar 6:3) və 120 kubit hündürlüyə malik idi. Təsvirlərdə eyvanı növbəti zaldan ayıran divarın olması haqqında məlumat verilmir. Eyvanda hər biri 18 kubit hündürlüyə malik iki Boaz və Yahin sütunu dayanırdı.
Zallar Məbədin cənub, qərb və şimal tərəflərində çoxlu sayda zallar yerləşirdi (1 Krallar 6:5–10). Onlar binanın tərkibinə daxil olmaqla saxlanc üçün istifadə olunurdu. Ehtimal ki, zallar əvvəlcə bir mərtəbəli olmuş, sonradan isə daha iki mərtəbə əlavə edilmişdir.
Həyətlər Bibliyaya görə, Məbəd binası iki həyətlə əhatə olunmuşdu. Daxili həyət (1 Krallar 6:36) və ya Zahidlər həyəti (2 Salnamələr 4:9) üç qat yonulmuş daşla inşa edilmiş və ətrafına sidr dirəklər düzülmüş divarla (1 Krallar 6:36) digər ərazilərdən ayrılmışdı. Orada Qurban yandırma altarı (2 Salnamələr 15:8), Brazen dənizi ləyəni və digər on ləyən (1 Krallar 7:38–39) yerləşirdi. Brazen altarı Məbədin qarşısında yerləşirdi (2 Krallar 16:14), o, 20 kubit2 həcmə və 10 kubit hündürlüyə (2 Salnamələr 4:1) malik idi. Böyük həyət Məbədi tam əhatə edirdi (2 Salnamələr 4:9). Ziyarət üçün gələn insanlar burada toplanırdı (Yeremiya 19:14; 26:2).
Molten dənizi ləyəni thumb|280px|right|Françesko Terzio — Molten dənizi ləyəni qravürü, 1570 Yəhudi Bibliyasına görə Molten dənizi və ya Brazen dənizi Məbəd ərazisində yerləşən, ziyarətçilərin yuyunması üçün nəzərdə tutulmuş böyük ləyən formalı hovuz idi. O, 1 Krallar 7:23–26 və 2 Salnamələr 4:2–5-də təsvir edilmişdir. O, daxili həyətin cənub-şərq küncündə yerləşirdi. Bibliyaya görə o, beş kubit hündürlüyə, on bir kənarından digər kənarına kimi on kubit diametrə, və otuz kubit dövrəyə malik idi. Zanbaq çiçəyi formasına malik ləyənin kənarları qulplarına kimi və ya dörd inç kənara qatlanmışdı. Ləyən üzləri kənara doğru dayanmış on iki öküz heykəlinin belində yerləşdirilmişdi. Krallar kitabında qeyd edilir ki, o, 2000 vanna (90 m2), Salnamələr kitabına görə isə (2 Salnamələr 4:5–6) 3.000 vanna (136 m2) tutuma malik idi; ləyənin belə dərin və böyük hazırlanmasında məqsəd zəvvarların suya dalma yolu ilə təmizlənməsini təmin etmək idi.
Ləyənin üstən içinə giriləməyəcək qədər böyük ölçüyə malik olması onun kənarlarından aşağı axan sudan istifadə üçün nəzərdə tutulmasını düşünməyə imkan verir. Əvvəlcə hovuzun suyla təmin edilməsi gibeonlular tərəindən təmin edilsə də, sonradan buraya su, Solomon hovuzlarından gətirilirdi. Ləyən, Solomonun kral Zobahın ələ keçirilmiş Hadarezer adlı şəhərindən gətirilmiş bürünc və ya tuncdan hazırlanmışdı. Kral Ahazın dövründə ləyən öküzlərin üstündən götürülərək daş təməl üzərində yerləşdirilmişdi (2 Krallar 16:17). Ləyən xaldeylər tərəfindən məhv edilmişdi (2 Krallar 25:13).