Uzunayaq ssink və ya Şneyder kərtənkələsi () — Uzunayaqlar fəsiləsinə Uzunayaq ssink cinsinə aid kərtənkələ növüdür. Növün latın adı alman naturalisti Yohan Qotlob Şneyderin şərəfin adlandırılıb.
Xariçi görünüşü
İri kərtənkələ olaraq bədəni uzunluğu erkək fərdlərdə 165 mm-ə, dişilərdə 155 mm-ə çatır. Çəkisi 90 q-dır. Bədəni hamar pulcuqlarla örtülüdür. Bədəni üst tərəfdən qəhvəyi, qəhvəyi-boz və ya zeytunu-boz rəngdə olur. Bədənin yanları ilə narıncı, çəhrayı-qırmızı və ya qırmızı rəngli zolaq uzanır. Xalları olmayan, eynirəngli fərdlərə də rast gəlinir Qarın tərəfinin rəngi sarı və ya ağ olur.
Həyat tərzi
Onlar əsasən ön dağıq və yüksək dağlıq ərazilərdə yayılmışdır. Onlar çatların və gəmiriçilərin yuvalarında yerləşirlər. Bəzən bu yuvaların dərinliyi 60–200 sm təşkil edir. Qışlamadan aprel-may ayları qayıdır. Cücülər, hörümçəklər və giləmeyvələrlə qidalanır. Yumurtaların sayı 5–9 arası (1,5 sm) dəyişir. İyul — avqust ayları yumuta qoyurlar.
Yayılması
Bu növə Şimali Afrikadan, Ön Asiya və Cənubi Asiyaya qədər olan ərazilərdə rast gəlmək olar. Onlara bəzi hallarda Şərqi Cənubi Qafqaz və Orta Asiyanın cənub rayonlarında rast gəlinir. Azərbaycanda yarımnövü yayılıb. Antropogen landşaftlarda da qeydə alınır.
Ədəbiyyat Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar, Elm nəşriyyatı, 2004, 619 səh. Cəfərova S. Q., Əhmədov S. B., Bünyatova S. N., Əsgərova S. Ə. Azərbaycanda yayılan suda-quruda yaşayanların və sürünənlərin təyinedicisi, ADTU nəşriyyatı, Bakı, 2013.
İstinadlar
Xarici keçidlər The Reptile Database Uzunayaq ssink
Kateqoriya:Uzunayaqlar Kateqoriya:Azərbaycan sürünənləri Kateqoriya:Pakistan sürünənləri Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:1802-ci ildə təsvir edilən heyvanlar Kateqoriya:Afrika sürünənləri