Kərtənkələyəbənzər ilan () — zəhərli ilan növü.
Xüsusiyyətləri Ümumi uzunluğu 180 sm. Sifəti öndən nisbətən yumrudur. İri ilanlarda qara xətt vardır. Kərtənkələyəbənzər ilan Şimali Afrika, Balkan yarımadasının cənubu, Kiçik Asiya, Cənubi Avropa, Qafqaz, qərbi İran, İsrail, İordaniya və Ərəbistan yarımadasının qərbində yayılmışdışdır.
Həyat tərzi Arid və quru daşlı yarımsəhralarda yayılır. Onlara daha tez-tez əsasən üzümlüklərdə, pambıq sahələrində və su kanallarının kənarlarında rast gəlinir. Hətta 1100–1500 m yüksəkliyə qədər qalxa bilir. Qışlamadan martın sonu aprelin əvvəlləri qayıdır. Əsasən gecə aktiv olur.
Onlar bəzən özlərini qəribə aparır. 1 metr atış edə bilir. Zəhəri çox təhlükəlidir.
Qidalanması Kərtənkələyəbənzər ilan əsasən gəmiricilər, kərtənkələlər və digər ilanlarla qidalanır. Onlar əvvəlcə dişləyir, sonra isə şikarını ovlayır.
Çoxalması Kərtənkələyəbənzər ilanların cütləşmə dövrü apreldən başlayır və mayın sonu, iyunun əvvəlinə təsadüf edir. Onlar 5–20 yumurta qoyur. Cavan balalar iyulda yumurtadan çıxır və 22–27 sm uzunluğunda olur.
Yarımnövləri Kərtənkələyəbənzər ilan iki yarımnövə bölünür (Malpolon monspessulanus)The Reptile Database: Malpolon monspessulanus : M. monspessulanus monspessulanus M. monspessulanus saharatlanticus
İstinadlar
Ədəbiyyat Arıkan, H., Göçmen, B., Kumlutaş, Y., Alpagut-Keskin, N., Ilgaz, Ç & Yıldız, M. Z. 2008. Electrophoretic characterisation of the venom samples obtained from various Anatolian snakes (Serpentes: Colubridae, Viperidae, Elapidae). North-Western Journal of Zoology 4 (1): 16–28
Xarici keçidlər
Kateqoriya:Zəhərli ilanlar Kateqoriya:Sürünənlər Kateqoriya:Afrika ilanları Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Avropa sürünənləri