Həşimov Rafiq Məhəmməd oğlu () — Azərbaycan Televiziyasının aparıcısı, diktor, ssenarist, rejissor, Azərbaycan Respublikasının əməkdar artisti.

Həyatı Rafiq Həşimov 1966-cı ildə anadan olmuşdur. 1985-ci ildə Bakı Rabitə Elektrotexnikumunun "Televiziya və Radio texnikası" fakültəsini bitirmişdir. 1985–1987-ci illərdə Sovet ordusunda xidmət etmişdir. Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində 1987-ci ildə texnik kimi işə başlamışdır. Sonradan videooperator, montajçı işləmişdir. 1997-ci ildə Baki Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir. 1990-cı ildən bu günə qədər diktor kimi fəaliyyət göstərir. Ailəlidir, bir qızı var.

Fəaliyyəti Bu illər ərzində "Xəbərlər"in, müxtəlif dövlət tədbirlərinin, "XX əsr" müəllif proqramının, "Səhər" proqramının aparıcısı olmuşdur. "Space", "Lider" və "Xəzər" telekanallarında aparıcıların və müxbirlərin nitq mədəniyyəti ilə məşğul olmuş, Xəzər Universitetində dörd il nitq mədəniyyəti üzrə pedaqoji fəaliyyət göstərmişdir.

Hekayələri və esseləri, eləcə də dünya ədəbiyyatı klassiklərindən, o cümlədən Nobel mükafatı laureatları Herman Hesse, Çeslav Miloş, Xorxe Luis Borxesdən Azərbaycan dilinə etdiyi tərcümələr ölkənin jurnal və qəzetlərində və xaricdə çap olunmuşdur. Ssenariləri əsasında bir çox bədii-sənədli filmlər çəkilmişdir.

2011-ci ildə Mədəniyyət və Turizm nazirliyinin sifarişi ilə şəhid Fuad Əsədova həsr olunmuş "Yarımçıq gündəlik" bədii-sənədli filmini, 2013-cü ildə isə görkəmli Azərbaycan rəssamı Səttar Bəhlulzadədən bəhs edən "Səttarın Azərbaycanı" sənədli filmini çəkmişdir.

Silsilə olaraq "XX əsr" adlı kulturoloji müəllif proqramının müəllifi və aparıcısı kimi Azərbaycanın görkəmli elm, mədəniyyət, incəsənət xadimlərinə həsr olunmuş filmlər və verilişlər hazırlamışdır. 2008-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Azərbaycan prezidenti Heydər Əliyevin 1998-ci il 4 noyabr tarixli fərmanı ilə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülmüşdür.

21 iyul 2025-ci ildə 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif olunub.

Filmoqrafiya Valın üçüncü üzü (film, 1996) — s\f — ssenarist, Vəli Səyyadi ilə həmmüəllif Qum dənəsi (film, 1997) — s\f — ssenarist, Elçin Musaoğlu ilə həmmüəllif Səyyahın gündəliyi (film, 2007) — s\f — ssenarist Magister dixit (film, 1999) — s\f — ssenarist Günəş və bulud (film, 2000) — s\f — ssenarist Gözümün işığı (film, 2002) — s\f — ssenarist Heydər Əliyev. İki əsrin fenomeni (film, 2002) — s\f — ssenarist və rejissor Я тобой называю звезды 2004 — s\f — ssenarist və rejissor Qamış şəhərinin yuxuları (film, 2007) — s\f — ssenarist, Səlim Babullaoğlu ilə həmmüəllif Diktor (film, 2006) — s\f — ssenarist və rejissor 20 il. Müstəqillik (film, 2011) (sənədli serial) (mətni oxuyan) Yarımçıq gündəlik (film, 2011) — s\f — ssenarist (Vəli Səyyadi ilə həmmüəllif) və rejissor.Əlifoğlu, Ş. "Yarımçıq gündəlik" filminin təqdimatı: [rejissor Rafiq Həşimovun şəhid Fuad Əsədova həsr etdiyi eyniadlı sənədli filmi] //Kredo. — 2011.- 25 iyun.- S. 16. Səttarın Azərbaycanı (film, 2013) — s\f — ssenarist və rejissor Odlar torpağının suyu (film, 2015) — s\f — ssenarist və rejissor

Hekayələr Yuva (1999) Bir saat (2010) Allahdan qorxurdu (2005) Körpü (1999) Qaraböcək (1999)

Esselər Kitab (1995) Söz (1999) Tarix (2004) Uşaqlar (1995) Zəhraya (2011)

Tərcümələr Herman Hesse. Dünya tarixi (rus dilindən tərcümə). Herman Hesse. Sığınacaq (rus dilindən tərcümə). Xorxe Luis Borxes. Kitab (rus dilindən tərcümə). Çeslav Miloş. Yol kənarındakı itciyəz (rus dilindən tərcümə).

Müəllif proqramları XX əsr (1995–1999)

İstinadlar

Xarici keçidlər "Şəxsi əşyalar" verilişinin qonağı əməkdar artist Rafiq Həşimovdur — Vasif Ayanın müəllif layihəsi, YouTube Kateqoriya:Azərbaycan Respublikasının əməkdar artistləri Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Diktorlar Kateqoriya:Azərbaycan rejissorları Kateqoriya:Azərbaycanın televiziya aparıcıları Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Azərbaycan Televiziyasının jurnalistləri Kateqoriya:Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin məzunları Kateqoriya:Azərbaycan kinorejissorları