Bilal Əliyev () — Azərbaycan müğənnisi; Azərbaycan Respublikasının əməkdar artisti (2000), Azərbaycan Respublikasının xalq artisti (2009).
Həyatı Bilal Şahşirin oğlu Əliyev 18 noyabr 1959-cu ildə Salyan rayonunun Kür Qaraqaşlı kəndində anadan olub.
Bilal Şahşirin oğlu Əliyev 1982-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumunun xanəndə fakültəsinə daxil olmuş, 1986-cı ildə texnikumu müvəffəqiyyətlə bitirmişdir. Əmək fəaliyyətinə həmin ildən R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalçı vəzifəsi ilə başlamışdır. 1990-cı ildən 1993-cü ilədək "Tərəqqi" mühəndis-kompüter mərkəzində, "İlkin" studiyasında vokalçı vəzifəsində çalışıb. 1993-cü ildən R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalçı kimi fəaliyyət göstərir.
O, Türkiyənin Ankara, İstanbul, Kırıkkale və digər şəhərlərində keçirilən festivallarda, Avstriyanın Vyana şəhərində, Rusiya Federasiyasının bir çox şəhərlərində, Ukraynanın Kiyev şəhərində keçirilən "Azərbaycan Məd Almaniyanın yenidən birləşməsinin X ildönümünə həsr olunmuş EKSPO–2000 sərgisinin rəsmi dəvəti ilə Almaniyada, Azərbaycan Respublikasının Avropa Şurasına qəbul edilməsinin I ildönümü münasibətilə Fransanın Strassburq şəhərində keçirilən tədbirlərdə öz məlahətli səsi ilə Azərbaycan musiqisini yüksəklərə qaldırmışdır.
Son illərdə B. Əliyev Almaniyanın Mayns şəhərində və Moskvada "Azərbaycan Mədəniyyəti günləri"ndə, Yekaterinburqda Novruz Bayramı ilə əlaqədar keçirilən tədbirlərdə iştirak etmiş, Azərbaycan musiqisini tərənnüm etmişdir.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir.
2000-ci ilin oktyabr ayından Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Əməkdar Artist" fəxri adına layiq görülmüşdür.
Bilal Əliyevə Azərbaycan prezidentinin 28 oktyabr 2000-ci il tarixli Fərmanı ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Əməkdar artist""Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 oktyabr 2000-ci il tarixli, 414 nömrəli Fərmanı. e-qanun.az , Azərbaycan prezidentinin 2 iyul 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycan musiqisinin inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikasının xalq artisti""B. Ş. Əliyevə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2 iyul 2009-cu il tarixli, 367 nömrəli Sərəncamı. e-qanun.az fəxri adları verilmişdir.
İstinadlar
Kateqoriya:Azərbaycan müğənniləri