Qazax şəhər stadionu — Qazax şəhərində fəaliyyət göstərən idman obyekti. Tutumu 3.200 nəfərdir. "Göyəzən" FK ev oyunlarını bu stadionda keçirir.
Stadionun təməli 1981-ci ildə atılıb. Stadion Həmkarlar İttifaqının balansındadır, lakin “Göyəzən”in sponsoru Turanbank 2014-cü ildə buranı 10 illik icarəyə götürüb. Arenanın azarkeş tutumu 13 500 nəfərdir, ancaq stadionda, təxminən 3200 oturacaq quraşdırılıb. Sonuncu dəfə 2004-cü ildə ölkə prezidenti Qazaxa gələndə əsaslı təmir olunub. 2018-ci ildə növbəti dəfə təmirinə başlansa da sonradan təmir yarımçıq qalıb.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan stadionları Kateqoriya:Qazax rayonunda idman Kateqoriya:Azərbaycan futbol stadionları