Naxışlı dırmanantəlxə () — Suilanıkimilər fəsiləsinə, Dırmanan təlxələr cinsinə aid növ.
Görünüşü Uzunluğu 1,5 m, quyruğu isə bir qayda olaraq 17–30 sm olur. Boğaz nahiyəsində pulcuqları yumşaqdır. Boğaz nahiyələri bozumtul və ya sarı olur, üzəri isə qırmızı naxışlarla örtülü olur. Üzəri bozumtul rəngə çalır. Bəzən qara rəngdə olan nümayəndələri də olur.
Yayılması Onlara Koreya, Monqolustan, Şimali Çin, Orta Asiya (Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan), Qazaxıstan), Rusiya (Sibir, Başqırdıstan, Orenburq vilayəti və Samara vilayəti), Ukrayna, Şimali İran, Əfqanıstan və Cənubi Qafqaz (Azərbaycan, Gürcüstan) ərazilərində yayılmışlar. Yarımnöv əmələ gətirmir.
Həyat tərzi thumb|left|200px|Cavan naxışlı dırmanantəlxə Naxışlı təlxələr bir çox şəraitlərə uyğunlaşa bilmişlər. Səhralar, yarımsəhralar, iynəyarpaqlı və qarışıq meşələrdə yayıla bilirlər. Üstəlik Tuqay meşələri, qamışlıqlarda, bataqlıqlarda, soranlıq və Takır, barxanlarda belə rast gəlinir. 3600 m hündürlüyə malik ərazilərdə belə görünürlər.
Qidalanmasına gəldikdə kiçik gəmiricilər, balıqlar, cücülər, özlərindən daha balaca ilanlar və quşlarla qidalanırlar. Şikarlarını baş hissədən udurlar. Bəzən quş yuvalarına girərək onların yumurtalarını udurlar. Naxışlı dırmanantəlxələr arasında kannibalizm belə müşahidə edilir.
Gündüz həyatı sürür. Qışlama sentyabr-oktyabrdan aprel ayına qədər davam edir. Cənub ərazilərdə isə fevralda belə onları görmək olar. Cütləşmə dövrü aprel-may, bəzən isə iyun ayına qədər davam edir. 5–25 olmaqla yumurta qoya bilirlər. Onların hətta kollektiv yumurta qoyması qeydə alınmışdır. Bu kollektiv yuvalarda 120 yaxın yumurta aşkarlanmışdır. Balalar iyuldan sentyabr ayına qədər yumurtadan çıxırlar. Onların 18–25 sm uzunluğa və 2,8–9,3 q çəkiyə malik olurlar. İlk olaraq yetkin fərdlər qışlamağa gedir.
Həmçinin bax
Cənubi Qafqaz dırmanantəlxəsi Eskulap dırmanantəlxəsi Pallas dırmanantəlxəsi
İstinadlar
Xarici keçidlər Naxışlı dırmanantəlxəsi
Kateqoriya:Sürünənlər Kateqoriya:İlanlar Kateqoriya:Suilanıkimilər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Peter Simon Pallas tərəfindən adlandırılmış taksonlar Kateqoriya:1773-cü ildə təsvir edilən heyvanlar Kateqoriya:Avropa sürünənləri Kateqoriya:Asiya sürünənləri